Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Üç cəbhədə hərtərəfli hücumun məqsədi İsraili nəzarətsiz əməliyyat "tələ"sinə çəkib, zəiflətmək idi"
"Üç cəbhədə hərtərəfli hücumun məqsədi İsraili nəzarətsiz əməliyyat "tələ"sinə çəkib, zəiflətmək idi"

"48 saatdan az müddətdə 2000-dən çox itki ilə nəticələnən şiddətli toqquşmalar qısa zamanda ciddi bir qlobal böhranın qapısını açdı. 75 ildir bölgədə yaşayan Fələstin xalqının yaşadığı dramlara biganə qalmasaq da, oktyabrın 7-də başlayan qarşıdurmalarda festival basqınları, yolda təsadüfi edamlar və s. terror aktlarına heç bir şəkildə haqq qazandırmaq mümkün deyil. Hər iki tərəfin müharibə qanunlarına və əxlaqına uyğun olmayan hərəkətləri artıq vəziyyətdən çıxılmaz bir hal alıb, qeyri-insani davranışların baş verdiyi xaotik xarakter almasına səbəb olub. Bu, isə, münaqişələrin və itkilərin daha uzun müddət davam edəcəyinə işarədir. Qəzzanın bombardmanlarında dünyasını dəyişən yeni doğulmuş körpələrə və ya atasını qucaqlayıb onunla birlikdə divara söykənərək ölən uşağa sülh istədiyimiz kimi, hər şeydən xəbərsiz əylənmək üçün bir araya gələn gənclər və ya yalnız avtomobillə səyahət edən ailələr üçün də sülhü dəstəkləməliyik. Bir səhv heç vaxt başqa bir yanlışı doğru etmir".

Bu barədə Bizimyol.info xəbər portalına BAU ULMER müdürü, politoloq İhsan Alpargın danışıb. Politoloq bildirib ki, Sukkot bayramından dərhal sonra HƏMAS-ın sızma hərəkətləri ilə başlayan qarşıdurmalarla bağlı ilk şübhə əslində fanatik yəhudilərin dörd gün əvvəl Məscidül-Əqsaya daxil olması və əvvəlki reaksiyalara bənzər heç bir reaksiya olmadığı zaman yaranıb. Çünki hamımız bilirdik ki, İslamın ilk qibləsi olan Məscidül-Əqsada bundan əvvəlki bir çox təxribatlarda çox ciddi hadisələr baş verib. Lakin bu dəfə də fırtınadan əvvəlki sakitlik kimi fərqli bir sakitlik hökm sürmüşdü.

BAU ULMER müdürü, politoloq İhsan Alpargın BAU ULMER müdürü, politoloq İhsan Alpargın

““Həmas” 48 saat ərzində dənizdən, havadan və tunellərdən və divarları aşaraq saysız-hesabsız zorakılıqlarla terror dalğası yaradaraq, şok doktrinası ilə psixoloji üstünlük əldə edib. Gecələr davamlı raket hücumları bu şiddət dalğasının demək olar ki, fasiləsiz davam etməsini təmin edir. Bununla belə, onların ələ keçirilən demək olar ki, hər hansı bir yaşayış məntəqəsində və ya bazasında istehkam və toplanma olmaması və səfərbərliyi şokda olan İsrail təhlükəsizlik qüvvələrinin və qərar qəbul edən şəxslərin təşkilatlanmasını zəiflədərkən veriləcək qərarların da, təhrif edilməsi üçün böyük bir səy sərf edildiyi təəssüratını yaradır.

İsrail nizami ərəb ordularına qarşı heç bir cəbhə müharibəsində məğlub olmasa da, 2006-cı ildə Livanda Hizbullaha qarşı döyüşü uduzduqdan sonra geri çəkilməsi onun yaşayış məntəqlərindəki əməliyyatlardakı zəifliyini ortaya qoydu. Buna əsaslanaraq, təxmin edə bilərik ki, iki gündür davam edən qəfil basqın və hücumlarla “Həmas” İsraili Qəzzaya qarşı nəzarətsiz quru əməliyyatı keçirməklə tələyə salmaq və yaxud öz istədiyi yer və şərtlərdə onu gücdən salma müharibəsinə çəkmək məqsədi daşıdığını görə bilərik. Çünki misilsiz dərəcədə üstün atəşə, təlim keçmiş kadrlara və texnoloji gücə malik olan İsrailə qarşı heç bir səbəb olmadan (illərdir davam edən dramların yaratdığı qəzəb və yığılmış kinlər istisna olmaqla) belə şiddətli və təxribatçı hücum dalğasının təşkil edilməsi, Həmas üçün intihardan başqa bir şey olmazdı”- deyə politoloq əlavə edib. Onun sözlərinə görə, İsrail ordusunun ehtiyatlar daxil olmaqla cənubda və ölkə daxilində tam hazır olması üçün tələb olunan müddət 48-72 saat arasında idi. Ancaq hökumət və ictimaiyyətin yaşadığı şokla bu müddətin qərarvericilər üzərində bir az daha uzun olacağı ehtimal edilir.

“Eyni zamanda girov və ya itkin düşmüş israillilərin və əcnəbilərin dəqiq şəxsiyyətinin müəyyən edilməsi hərtərəfli əməliyyata başlamaq üçün lazım olan vaxtı uzadacaq başqa bir amildir. Bu səbəblərdən İsrail hələ də müdafiə mövqeyindən çıxa bilmir. Bununla yanaşı Hizbullahın şimalda Golan təpələri və Livan sərhəddində başlayan təqibləri və Qərb Sahilində vaxtaşırı baş verən oxşar hücumlar da diqqətin yayındırılmasına və qüvvələrin bölüşdürülməsində pozulmalara səbəb olur. “HƏMAS” və digər qruplaşmalar (Fəth, İslami Cihad, Hizbullah və s.) hələ də koordinasiyalı fəaliyyət göstərmədiyini də qeyd etmək lazımdır”-deyən politoloq bildirib ki, bu, bir daha İsrailin suverenliyinə və ya ekspansionizminə qarşı birbaşa hərəkatdan daha çox uzun zəiflədilmə müharibəsinə doğru getdiyi fikrini gücləndirir. Üç cəbhədə hərtərəfli hücum, belə bir şok dalğasından sonra irəliləmək üçün ən yaxşı strategiya olardı. Təbii ki, burada qeyri-ənənəvi müharibənin nizami ordularla deyil, yarımhərbi birləşmələrlə aparıldığını unutmaq olmaz.

Politoloq hesab edir ki, hətta nizami ordular da hava və kəşfiyyat dəstəyi olmadan mərkəzə doğru bu cür əməliyyatda uğur qazana bilməz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »