Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının daha uzun müddət qalmasına çalışır"
"Ermənistan müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının daha uzun müddət qalmasına çalışır"

2020-ci il 44 günlük Vətən müharibəsi noyabrın 8-də başa çatdı və noyabrın 10-da 3 tərəfli bəyannamə imzalandı. Bundan sonra Rusiya öz sülhməramlı kontingentini tərəflər arasında insidentlərin baş verməsinin qarşısını almaq məqsədi ilə Qarabağa müvəqqəti yerləşdirdi. Güya sülhməramlılar bu bölgədə tərəf olmadan tərəflər arasında təxribatların qarşısını alacaqdı. Ama keçən müddət ərzində onların da fəaliyyətinin şahidi olduq. Razılaşmaya əsasən Rusiya sülhməramlıları bölgədə 2025-ci ilə qədər qalmalıdır. Sentyabrın 19-20-si lokal antiterror tədbirindən sonra bölgədə Rusiya sülhməramlılarının qalmasına ehtiyacı varmı? Bölgədə erməni yoxdursa, sülhməramlıların bölgədəki fəaliyyətinin adı nədir? Azərbaycan tərəfi onları vaxtından tez və ya elə vaxtında geri göndərə biləcəkmi?

“Vəhdət”Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 44 günlük müharibənin dayandırılmasından sonra Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə razılaşmağımızdan 3 il ötür. Buna baxmayaraq rus hərbi kontintgentinin Qarabağda yerləşməsi faktdır və gələcəkdə bu qüvvələrin bölgəni hansı üsulla tərk edəcəyini düşünməliyik.

Vasif Əfəndiyev Vasif Əfəndi

“Razılaşmaya əsasən 2025-ci ildə tərəflərin hər hansı birinin rəyi ilə sülhməramlılar Azərbaycanı tərk etməlidirlər”-deyən politoloqun fikrincə, Azərbaycan israr edərsə, bu, daha tez baş verə bilər. Ermənistan tərəfi, bu hadisənin daha tez baş verməsindən ehtiyatlanaraq, bəyanatlar verir.

Politoloq hesab edir ki, indiki şəraitdə Ermənistan üçün ən münbit vəziyyət rus qoşunlarının Qarabağda daha uzun müddət qalmasını təmin etmək və ya bölgəyə beynəlxalq statuslu qüvvələrin yeridilməsinə nail olmaqdır.

“Bir reallıq da var ki, rus qoşunları olduqları yerə beynəlxalq qüvvələrin girməsi real görünmür. Hazırda bizə qarşı xoş düşüncələrdə olmayan Fransa və Almaniyanın bölgəyə müdaxiləsi bizim üçün yaxşı heç nə vəd etmir. Bir variant daha var ki, o da Şuşa bəyamnaməsinə uyğun olaraq, Türkiyə ilə hərbi əməkdaşlığı daha da önə çəkməkdir. Ona görə də bizim üzərimizə düşən vəzifə Rusiyaya aid hərbi kontingentin bölgəni tərk etməsindən sonra bu ərazimizə digər qüvvələrin müdaxiləsinə imkan verməməkdir”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »