Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fəxrəddin Altun: "Terrorun Türkiyə siyasətini "dizayn" etməyinə heç vaxt icazə verməyəcəyik"
Fəxrəddin Altun: "Terrorun Türkiyə siyasətini "dizayn" etməyinə heç vaxt icazə verməyəcəyik"

Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fəxrəddin Altun Ankarada baş verən terror aktı ilə bağlı: "Biz terrorun Türkiyənin siyasətini dizayn etməsinə əsla icazə verməyəcəyik və terrorla mübarizəmizi hər sahədə davam etdirəcəyik", -deyə bildirib

Bizimyol.info Fəxrəddin Altunun sosial media hesabından verdiyi açıqlamada Daxili İşlər Nazirliyi qarşısında törədilən terror aktı nəticəsində yüngül xəsarət alan polis əməkdaşlarına, nazirliyə və Ankaraya "keçmiş olsun" diləklərini çatdırıb.

Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından hücumla bağlı bu açıqlamanı verib: “Saat 09.30 radələrində Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısına yüngül yük avtomobili ilə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib. Partlayış zamanı 2 polisimiz yüngül xəsarət alıb. Qəhrəmanlarımızın tezliklə sağalmasını arzu edirəm. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz amansızcasına davam edəcək”, - deyə nazir bildirib.

Digər tərəfdən, Ankara Respublika Baş Prokurorluğu tərəfindən edilən yazılı açıqlamada: “2023-cü il oktyabrın 1-də terrorçular tərəfindən Təhlükəsizlik Baş İdarəsinin giriş qapısına hücumla bağlı Ankara Respublika Baş Prokurorluğumuz tərəfindən istintaq başladılıb. Hücumla bağlı Ankara Növbətçi Sülh Cəza Məhkəməsi giriş və nəşr qadağası qərarı verib", - deyə məlumat verilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »