Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğrudanmı udulmuş saqqız mədədə yeddi il qalır?
Doğrudanmı udulmuş saqqız mədədə yeddi il qalır?

Xalq arasında belə bir fikir var ki, əgər siz təsadüfən saqqız udsanız, o, yeddi il mədəinizdə qalacaq.

Bizimyol.info xəbər verir ki, Amerikanın "CNN" telekanalının məlumatına görə, Oksfordlu klinik qastroenterologiya professoru Saymon Trevis bu mifi təkzib edib.

“Bunlar köhnə arvadların uydurduğu nağıldır. Bu mifin haradan gəldiyini bilməsəm də bu barədə gümanım var. Mən yalnız helə bir fikir deyə bilərəm ki, bu, kiminsə övladlarının saqqız çeynəməsinə mane olmaq istədiyi üçün ortaya atğı ağıllı bir çəkindirmə üsuludur. Bilirik ki, qadağalar, qorxutmalar çox vaxt əks effekt verir, amma uşağa belə bir sçim verdikdə, güman ki, o saqqızdan imtina etməyə üstünlük verəcək”, - deyə professor qeyd etdi.

Travis izah etdi ki, saqqız çeynəmək yalnız "həddindən artıq miqdarda" edildiyi təqdirdə bədən üçün zərərlidir. Gündə üç və ya daha çox ədəd istifadə etmək zərər verə bilər.

“Əgər saqqız udsanız, o, mədədən, bağırsaqlarınızdan keçərək dəyişməz olaraq çölə çıxacaq. Elə vaxtlar olur ki, saqqız körpə və uşaqların bağırsaqlarına ilişir, bu o halda olur ki, uşaq onun nə üçün olduğunu bilmədən çoxlu udmuş olsun. Bu halda tıxanıqlıq yarada bilər. Amma 30 ildən artıq təcrübəmdə belə bir hal görməmişəm”, - deyə o əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »