Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Köhnə avtomobil sahiblərinin güzəştli şərtlərlə yeni avtomobil alması üzrə təklif hazırlanır" - Video
"Köhnə avtomobil sahiblərinin güzəştli şərtlərlə yeni avtomobil alması üzrə təklif hazırlanır" - Video

"Utilizasiya məsələsi AADA-nın 2019-cu ildə aidiyyatı qurumlara təklif etdiyi 12 bəndlik təkliflər planının daxilində olan bir təklif idi. Sevindirici haldır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə böyük addımlar atıb. Hazırda da bu proqramın tam həyata keçirilməsi mexanizmlərinin üzərində işləyirlər. İlkin olaraq nazirlikdən bizə və mətbuata verilən məlumatlarda qeyd edildi ki, bu proqram könüllülük çərçivəsində olacaq. Yəni heç bir məcburiyyət olmayacaq. Və tövsiyyə olundu ki, yaşı 30-dan yuxarı olan avtomobillər bu proqram çərçivəsində ilkin mərhələdə iştirak etsinlər".

Bu barədə Bizimyol.info xəbər portalına “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev danışıb. O, qeyd edib ki, 2024-ci ilin ikinci rübündən artıq bu istiqamətdə işlərin başlanılması gözlənilir.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

“Bəzi şəxslər var ki, köhnə avtomobili - məsələn QAZ 24 markalı bir avtomobili ilə, dəmir qırıntıları daşıyır, onu hansısa bir müəssisəyə təhvil verir. Onun müqabilində bir məbləğ əldə edir. Və ailəsinə çörək aparır. Əlbəttə, bu insanlar gəlib avtomobilini 2 min-3 min manata təhvil verdiyi zaman, artıq işi üçün avtomobil əldə edə bilməyəcək və yeni avtomobil alması çətin olacaq. Buna görə də, bizim qurumla yanaşı, aidiyyatı qurumlar, xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də bu barədə təşviqedici addımlar düşünüblər. Bu istiqamətdə hazırda işlər gedir. Belə təkliflər var ki, həmin şəxslərə yerli istehsal olan avtomobillərdən xüsusi imtiyazlar, sərfəli şərtlər əsasında avtomobilin uzun müddətli kreditə və yaxud da lizinqə verilməsi mexanizmi olsun”-deyə ekspert bildirib.

Eyyub Əliyev qeyd edib ki, ölkəmizdə - Naxçıvanda, Hacıqabulda və Neftçalada avtomobil sənayesi zonaları var. Bu zonalarda iş üçün olan xüsusi kiçik ölçülü avtomobillərlə yanaşı, yük avtomobillərinin yığımı da orada baş tutur.

“Yəqin ki, yerli istehsal müəssisələri ilə həmin şəxslərin o müəssisələrdən xüsusi güzəştlər əsasında avtomobillə təmin olunması baş tutacaq”- deyə Eyyub Əliyev vurğulayıb.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyevin video müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »