Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Kimya Agentliyinin alimləri: "Tatu xərçəngə səbəb ola bilər"
Avropa Kimya Agentliyinin alimləri: "Tatu xərçəngə səbəb ola bilər"

Zəhərli mürəkkəblərdən hazırlanan döymələr xərçəngə səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, “Mirror” qəzetinin məlumatına görə, Avropa Kimya Agentliyinin alimləri bu qənaətə gəliblər.

"Tatuirovka üçün istifadə olunan mürəkkəblər potensial zəhərli vasitədir. Onları bədənə daxil etmək risk mənbəyi yaradır. Xüsusilə bunun anti-sanitar şəraitdə aparılması daha ağır fəsadlara səbəb olur", - deyə həkimlər xəbərdarlıq edirlər.

Həkimlər istifadə edilənlər arasında ən təhlükəli mürəkkəbin qırmızı rəngli olduğunu bildiriblər. Mavi, yaşıl və qara qırmızı ilə müqyisədə ondan daha az təhlükəli hesab olunur. Alimlərin fikrincə, salonlarda sterilliyin olmaması da təhlükədir. Bir çox sənətkar birdəfəlik əlcək taxmır. Üstəlik, təkrar istifadə edilə bilən alətlər infeksiyaya səbəb ola bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »