Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının qalibləri açıqlandı
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının qalibləri açıqlandı

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalında qalib filmlər açıqlandı. 15-22 sentyabr tarixlərində eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində baş tutan festivala 57 ölkədən 195 film müraciət etmişdi. Seçki komissiyasının rəyi ilə müsabiqə proqramında yer alan filmlər "Beynəlxalq qısametrajlı sənədli film", "Yerli qısametrajlı sənədli film", "Beynəlxalq tammetrajlı sənədli film" kateqoriyalarında nümayiş edildi.

Bizimyol.info xəbər verir ki, 22 sentyabr tarixində Landmark Ratunda hall-da baş tutan qapanış tədbirində hər üç nominasiya üzrə qaliblər açıqlandı. Qeyd edək ki, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu ilki yerli qalibə maddi dəstək verəcək. Beləliklə, festivalın bu ilki qalibləri aşağıdakı kimidir:

  • Yerli qısametrajlı sənədli film nominasiyası:

    Hədis - 9', Nərzin Ağamalıyeva, Çexiya, ABŞ, Azərbaycan

  • Xüsusi jüri mükafatı:

    Çinar ağacının kölgəsində - 18', Aynur Elgünəş, Azərbaycan

  • Beynəlxalq qısametrajlı sənədli film nominasiyası:

    Qadının doğuluşu - 29', Soňa Nôtová, Slovakiya

  • Xüsusi jüri mükafatı:

    Bu elə bir sevgidir ki - 19', Olga Hajnosz, Polşa

  • Tammetrajlı sənədli film nominasiyası:

    Sərhəd boyunca avtoportret - 50', Anna Dziapşipa, Gürcüstan

  • Xüsusi jüri mükafatı:

    "Bəlkələrlə yaşayırıq": Müharibə sonrası itkin düşmüş şəxslərin axtarışında - 66', Leyla Cəfərova, Azərbaycan

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində baş tutan və festivalla parallel şəkildə baş tutan 5 günlük “Dok Atelye" vörkşopda 21 sentyabr 8 seçilmiş layihənin jüri qarşısında təqdimatı olub. Jürilər 2 layihəni qalib seçiblər. Qalib layihələr Sevilfest tərəfindən dəstəklənəcək.

Dok Atelyedə qalib layihələr:

  • Ceylan Əmirəliyeva, Levi Angel-“Yaxşı səhərlər”
  • Gülarə İsmayılova, Səhər Cahan-" Süpürgə boğan"

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

Qeyd edək ki, festival bu il 12 fərqi ölkədə çoxsaylı nüfuzlu beynəlxalq qonağa ev sahibliyi edib. Dünya şöhrətli rejissorlar, fotoqraflar, produserlərlə ustad dərsləri və görüşlər təşkil edilib.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı, ilk növbədə gender məsələlərinə yönəlir. Festivalın əsas məqsədi incəsənət və sənədli filmlər vasitəsilə genderlə bağlı problemlər haqqında fərqindəliyi artırmaqdır. Bundan əlavə, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı mövcud stereotiplərdən ötrü qadın və kuir rejissorların önündəki maneələrin qaldırılmasını, onların Azərbaycandakı kino sahəsində iştirakçılığını artırmağı özünə məqsəd bilir.
Son xəbərlər
Bütün xəbərlər »