Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyevdən Moskvaya böyük şok: Rusiya donanmasının qərargahı vurulub
Kiyevdən Moskvaya böyük şok: Rusiya donanmasının qərargahı vurulub

Krımın liman şəhəri Sevastopolda yerləşən Qara Dəniz Donanmasının əsas qərargah binası bu gün Ukrayna hərbçilərini tərəfindən raketlə vurululub.

Bizimyol.info xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə ərazidən sıx bir tüstü buludunun qalxdığı görülüb və əhaliyə “evinindən çölə çıxmamaq” xəbərdarlığı edilib.

Ukrayna müharibəsində münaqişələr 19 aydır davam edir. Kiyevin itirilmiş torpaqları geri almaq üçün başlatdığı "əks-hücum" davam edir və 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krım bu gün partlayış səsləri ilə sarsılıb.

Zelenskinin Krımı geri alacağını vəd etməsindən sonra Ukrayna hərbçilərinin intensiv hücumlarına məruz qalan bölgənin ən böyük şəhəri Sevastopoldakı əsas donanma qərargahı raketlərlə hədəfə alınıb. Sevastapol qubernatoru Mixail Razvozhayev hücumu təsdiqləyib və elan edib ki, düşmən Qara dəniz donanmasının əsas qərargahını vurub, raket parçalarından biri teatr binasının yaxınlığında düşüb.

Ukraynanın ikinci hücuma keçə biləcəyi ilə bağlı xəbərdarlıq edən qubernator 500 mindən çox insanın yaşadığı şəhər sakinlərinə evdə qalmaq və şəhər mərkəzinə getməmək barədə xəbərdarlıq edib. Hücum yerində xilasetmə qruplarının olduğunu bildirən qubernator yanğınsöndürmə briqadasının yanğını ən qısa zamanda söndürmək üçün mübarizə apardığını vurğulayıb.

Sosial mediada paylaşılan görüntülərdə qərargahın yerləşdiyi ərazidən sıx tüstü buludunun qalxdığı görünür. Ukrayna hələlik hücumu təsdiqləməsə də, Rusiya Müdafiə Nazirliyi hücumun dəf edildiyini bildirən bəyanat yayıb. Vladimir Zelenski ABŞ-da təmaslarını davam etdirir. Zelenski Vaşinqtonda jurnalistlərə ABŞ rəsmiləri ilə görüşünün təfərrüatlarını izah edib.

Bəhmutu rus işğalından xilas edəcəyinə söz verdiyini deyən Zelenski: "Düşünürəm ki, yaxın günlərdə daha iki şəhəri də işğaldan xilas edəcəyik. Çox əhatəli planımız var, ancaq şəhərlər barədə məlumatları sizə izah edə bilmərəm" dedi.

Zelenskinin ABŞ rəsmilərinə açıqladığı gizli plan maraq doğurdu...

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »