Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yaxın illərdə geyilə bilən cihazlar genetikamızı idarə edə biləcək gücdə olacaq"
"Yaxın illərdə geyilə bilən cihazlar genetikamızı idarə edə biləcək gücdə olacaq"

Məlum olub ki, insan genlərini elektrik enerjisi ilə idarə etmək olar. Araşdırmalar göstərib ki, geyilə bilən cihazlar gələcəkdə sağlamlığımıza birbaşa təsir göstərə və yaxşılaşdıra bilər. Son illərdə süni intellekt və texnologiyanın birləşməsindən yaranan bir çox yeniliklər edilməyə başlandı. Ortaya çıxan ən son eksperimental texnologiya bəşəriyyət üçün böyük bir inkişaf ola bilər.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsveçrə alimləri xüsusi hazırlanmış texnologiya ilə insulin istehsalını işə salmağı bacarıblar. Alimlər buna kiçik elektrik impulsları sayəsində nail olublar. İsveçrə alimləri inkişaf etdirdikləri bu eksperimental texnologiyanı "elektrogenetika" adlandırıblar. Bu inkişaf etdirilən texnologiya, geyilə bilən cihazlar sayəsində köməyə ehtiyac duyduğumuz zaman hədəf genləri aktivləşdirmək üçün elektrik impulslarından istifadə edir.

Tədqiqatçılar öz məqalələrində yazırdılar: “Geyilə bilən cihazlar birbaşa elektrogenetik interfeysin olmaması səbəbindən gen əsaslı terapiyaları birbaşa proqramlaşdıra bilmir. Biz bu çatışmayan linki təqdim edirik".  Məsələn, insulin istehsalının birbaşa stimullaşdırılması diabetli insanlara kömək edə bilər. Bu araşdırmada insan mədəaltı vəzi hüceyrələri 1-ci tip diabetli siçanlara implantasiya edilib və sonra akupunktur iynələrindən birbaşa cərəyanla stimullaşdırılıb. Tədqiqatçılar bu üsulla diabetli siçanların qan şəkəri səviyyəsinin normal həddə qayıtmasını təmin edə biliblər: "Biz diabeti idarə edən Fitbit-dən hələ çox uzaqdayıq, lakin bu, hələ də təqdir edilməli bir nailiyyətdir".

Beyinə implantasiya edilən süni intellektlə işləyən çip, iflic olan kişiyə qolunu yenidən hərəkət etdirməyə imkan verib. Tədqiqat qrupu texnologiyanın təkmilləşdirilə biləcəyini və insulin istehsalından daha çox şey edə bildiklərini söyləyir. Buna görə də, yaxın illərdə geyilə bilən cihazlar sağlamlığımızı yoxlamaqdan daha çox şey edə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »