Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərin "sürət korluğu" nədir? - Yüksək sürət həddi görmə qabiliyyətinizə təsir edir...
Sürücülərin "sürət korluğu" nədir? - Yüksək sürət həddi görmə qabiliyyətinizə təsir edir...

Nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərkən, yanınızda olan hər şeyin çox tez və bulanıq keçdiyini görmüsünüzmü?

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmaçıların fikrincə, bu bulanıqlıq yüksək sürətin səbəb olduğu korluqdan yaranır.

Gündən-günə daha çox yeni texnologiya əldə edən avtomobillər sürücüyə yollarda daha çox kömək edə bilər. Təbii ki, avtomobildə nə qədər təhlükəsizlik tədbirləri olsa da, ən böyük təhlükəsizliyi yenə də sürücü təmin edə bilər.

Bu, yol hərəkəti qaydalarına uyğun sürətlə hərəkət etmək deməkdir

Avtomobili və ya motosikleti nə qədər sürətli sürsəniz, baxış sahəsi bir o qədər daralacaq. Avtomobildə olarkən sürətinizi artırdıqca ətrafınızda aydın şəkildə görə bildiyiniz sahə daralır. Məsələn, siz 30-40 km/saat sürətlə hərəkət edərkən demək olar ki, bütün baxış sahəniz var, ancaq 150 km/saat sürətə çatdıqda bu nisbət inanılmaz dərəcədə daralır. Bu vəziyyətin sürət korluğu və ya tunel görmə deyildiyinə daha yaxından nəzər salaq.

Sürət korluğu, avtomobil sürətləndikcə sürücünün aydın görmə qabiliyyətinin daralması kimi müəyyən edilən bir vəziyyətdir. Nəqliyyat vasitəsi nə qədər sürətlənsə, içəridəki sürücü yolu daha da dar görməyə başlayır. Bu, xüsusilə sürücünün qəfil manevrlər etməli olduğu vəziyyətlərdə çox ciddi problemlər yaradır. Çünki o, ətrafı görmür. Perspektivinizi ciddi şəkildə azaldan bu vəziyyət ölümlə nəticələnəcək ciddi qəzaların əsas səbəbləri arasındadır.

Sürət korluğunun nə qədər təhlükəli olduğunu anlamaq üçün sürətinizə görə hansı bucağı aydın görə bildiyinizə baxaq

Sürət artdıqca bulanıqlıq effekti yanlardan önə doğru davam edir. Başqa sözlə, siz avtomobildə olarkən sizi keçməyə çalışan insan, heyvan və ya obyekti görə bilməzsiniz. Nisbətlərə baxdığımız zaman ən kiçik sürət fərqlərinin belə bucağı xeyli daraltdığını görürük. Məsələn, tutaq ki, siz 50 km/saat sürətlə gedirsiniz.

Bu sürətdə baxış sahəniz 104 dərəcədir. Deyək ki, bu bucaq son dərəcə yaxşıdır.

Lakin sürətlənmə 60 km/saatı keçdikdə, siz ciddi görmə itkisi yaşamağa başlayırsınız. Sürətiniz 65 km/saata çatdıqda baxış sahəniz 70 dərəcəyə enir. Hətta bu bucaq başqa sürətlərdə yaşayacağınız görmə itkisi ilə müqayisədə çox yaxşı reytinq olaraq qalır.

100 km/saatdan yuxarı sürətlərdə əlavə qayğı tələb olunur

Yalnız magistral yollarda çıxa biləcəyiniz 120 km/saat sürətə çatdığınız zaman görmə qabiliyyətiniz inanılmaz sürətlə azalır. 120 km/saat sürətlə hərəkət edərkən baxış sahəniz 45 dərəcəyə enir. Bu sürət 130 km/saata çatdıqda 30 dərəcəyə dar bir ərazini aydın görə bilərsiniz.

Elə oldu ki, siz həm öz həyatınız, həm də digər insanların və nəqliyyatda, yolda olan bütün canlıların həyatını heçə saydınız, saatda 150 km sürətləndiniz. Bu zaman baxış sahəniz 18 dərəcəyə dar bir sahəyə qədər kiçilir. Aydın 18 dərəcə baxış sahənizdən kənar bütün yerlər bulanıq görünəcək. Siz yüksək sürətə qalxdıqca bu bucaq daralmağa davam edəcək.

Beləliklə, sürət korluğundan qaçmaq üçün bir yol varmı?

Sürət korluğunun qarşısını almağın çox sadə yolu var. Bu, hər bir yol üçün xüsusi olaraq tövsiyə olunan sürət həddini aşmamaq deməkdir. Magistral yolda 120 km/saat sürətlə gedə bilərsiniz, çünki burada zolaqlar daha genişdir və yolda piyadaların olma şansı azdır. Lakin şəhərdə müəyyən edilmiş sürət həddinin aşılması çox ciddi problemlər yaradır. Ən kiçik görmə itkisi belə qəzaya səbəb ola bilər. Avtomobilinizi təhlükəsiz sürətlə idarə etsəniz, refleks və manevr qabiliyyətiniz də artacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »