Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erkən ötən xoruzlar və ya "Oyuncaq adam"ın siyasi "əxlaq"ı
Erkən ötən xoruzlar və ya "Oyuncaq adam"ın siyasi "əxlaq"ı

Fransa Respublikasının xarici işlər naziri əməlli-başlı çaşıb. Səfirlərin konfransında deyib ki, guya Azərbaycan Qarabağdakı erməniləri "boğur". Azərbaycanın siyasətini "əxlaqsızlıq" adlandırıb.

Arvadının rəfiqəsini özünə intim məşqçi seçən bir prezidentin naziri belə deyib. Fransa prezidenti və onun Katrin kimi Kalonnası əxlaqdan, mənəviyyatdan danışacaq ən axırıncı adamlardır. Sözün hər mənasında.

Ermənistanı qısqırdıb Xankəndinə "humanitar" kolonna göndərməkdi əxlaqsızlıq. İndi də eyni əxlaqsızlığı öz adından etməyə hazırlaşır Fransa.

Həmin o Kolonna bir yandan Azərbaycanın ünvanına özünə, ölkəsinə layiq, yəni nalayiq ifadə işlədir, o biri yandan da" "Azərbaycanla Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün səy göstərəcəyik" deyir. Belə yerdə deyirlər: "Səylərin qırılsın".

28 il Minsk Turist Qrupunun üzvü kimi yol ölçdünüz, nə elədiniz ki, indi də nə sülh yaradasınız?! Siz müharibə yaratmayın, sülhünüz, yumşaq desəm, özünüzə qalsın. Xoruz banlamasa, səhər açılmayacaq?! Doğrudanmı, bu qədər cılız düşünürsünüz?!

Silkinin, silkələnin ayılın, özünüzə gəlin. Azərbaycan sizin üçün üstünə xoruzlanacağınız bir ölkə deyil, bunu anlamaq üçün nazir olmaq da lazım deyil. Sizi Afrikadan qovurlar, Asiyadan qovublar, belə getsə, Avroatlantikanın küncünə qoyulacaqsınız. Siz Avropada siyasi və sair əxlaqsızlığın simvoluna çevrilirsiniz. Belə olmasaydı, Böyük Britaniya sizinlə eyni İttifaqda olmaqdan imtina etməzdi. ABŞ AUKUS yaratmağa gərək duymazdı.

Dünya siyasətində oyunçudan oyunbaza çevirib Fransanı Emmanuel Makron. Belə getsə, özü boyda oyuncağa dönəcək. Əlamətləri hiss olunur: bir dəstə xəstə təxəyyüllü erməni separatçısı Fransa boyda mədəniyyəti barmağına (ən yaxşı halda barmağına) dolayıb, fırladır.

Pyer Rişarın baş rolunu oynadığı o məşhur fransız filmini xatırladım: "Oyuncaq adam". Bu dəfə kino deyil, reallıqdır deyəsən. Baş rolda Makron. Kolonnası ilə bərabər...

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »