Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mənzil və bina nömrəsinə diqqət edin ki, həyatınıza mənfi təsir göstərən rəqəm olmasın" - Video
"Mənzil və bina nömrəsinə diqqət edin ki, həyatınıza mənfi təsir göstərən rəqəm olmasın" - Video

Bəzən insanlar ev alarkən bina və mənzil nömrəsinə xüsusi diqqət yetirirlər. Bunun insan həyatında hansısa bir rolu varmı?

Numeroloq Xəyal Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bir binada çox sayda insan yaşadığı üçün bina nömrəsinin enerjisi bütün sakinlər arasında bölünür və heç bir təsiri yoxdur. Ancaq bir mərtəbədə tək bir mənzil varsa, o zaman mərtəbə sayı həmin şəxsə təsir göstərir. Qonşular varsa, mərtəbə sayı ayrı-ayrı insanlara təsir etmir. Amma mənzil nömrəsi birbaşa insana təsir edir.

Numeroloq Xəyal Məmmədov Numeroloq Xəyal Məmmədov

Xəyal Məmmədovun fikrincə, rəqəmlərin insanlara təsirini öyrənmək üçün insanın rəqəmlərini hesablamaq lazımdır.

“Bəzən insanlar sevdikləri rəqəmlərdən hər yerdə istifadə etməyə çalışırlar. Ancaq həmin rəqəmlərin çoxluğu da zərər verə bilər. Odur ki, diqqətli olmaq lazımdır”-deyə Xəyal Məmmədov əlavə edib. Əgər yeni mənzil almağı düşünürsünüzsə, mənzil alışı öncəsində mənzil nömrənizin sizə təsirlərini öyrənməlisiniz. Buna görə də, öncədən hesablanmanız həyata keçirilməlidir.

Numeroloq Xəyal Məmmədovun mənzil və bina nömrəsinin təsirləri ilə bağlı açıqlamasını Bizimyol.info xəbər portalının rəsmi YouTube səhifəsində izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »