Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmlak Məsələləri Dövlət Xidməti prosesi yubadır: torpaqsız, əmlaksız borclu, bələdiyyələr...
Əmlak Məsələləri Dövlət Xidməti prosesi yubadır: torpaqsız, əmlaksız borclu, bələdiyyələr...

“Azərbaycanda bələdiyyələr 12 dekabr 99-cu ildə formalaşıb. Artıq 24-cü ilə keçir ki, tam fəaliyyətdədirlər və bu fəaliyyət üçün də normativ hüquqi bazası artıq hazırdır. Bu müddət ərzində 20-dən artıq qanun, 200-dən artıq normativ qəbul edilib. Bu gün Azərbaycan bələdiyyəsi müəyyən inkişaf dövrü, müəyyən mərhələlər keçib”.

Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli danışıb. O, qeyd edib ki, bu gün bələdiyyələri biz istədiyimiz səviyyədə görə bilmirik.

Vüqar Tofiqli Vüqar Tofiqli

“Yəni bizim nəzərdə tutduğumuz səviyyədə və qəbul edilmiş normalara uyğun olaraq, görə bilmirik. Məsələn, Türkiyə və Avropa səviyyəsində biz bələdiyyələrimizi görə bilmirik. Amma görmək istəyirik. Bunu görmək üçün müəyyən addımların atılması zəruridir”-deyən sədr qeyd edib ki, ilk növbədə bələdiyyə mülkiyyətinə əmlak və torpaq verilməlidir. 1999-cu ildə qəbul edilən sərəncamda və fərmanda və digər qanunlarda 3 ay müddətində bu proses başa çatdırılmalı idi. Amma 3 aylıq müddəti olan bu məsələ hələ də davam edir.

“Əmlak Məsələləri Dövlət Xidməti bu günə kimi o prosesi yubada-yubada hər dəfə bir problem ortaya atmaqla, yola verib. Yəni konkret olaraq bu gün bələdiyyə mülkiyətinə nə torpaq, nə də ki, əmlak verilməyib. Bu gün Azərbaycan bələdiyyəsinin demək olar ki, böyük əksəriyyətinin inzibati binası yoxdur. Bu gün Azərbaycan bələdiyyəsinin, bələdiyyə qulluqçusunun ortaq aylıq əmək haqqı minimum əmək haqqı səviyyəsindədir. Bu gün Azərbaycan bələdiyyəsinin 1600 bələdiyyədən 1000-ə yaxın bələdiyyənin bank hesabı bağlıdır. Həmin bələdiyyələrin məsuliyyətsizliyi üzündən DSMF borcları yığılıb. Bu borc hardasa 7 milyon manata yaxındır. Bunun ödənilməsi üçün isə, gərək müəyyən bir güzəşt ola. O güzəşt isə, tətbiq edilmir”-deyən Vüqar Tofiqli bildirib ki, birinci növbədə Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyələrə mülkiyyətə torpaq və əmlak verməlidir.

Qeyd edək ki, yazıda sözügedən qurumların mövqeyini dərc etməyə hazırıq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »