Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızılqaz gölü, batmış şəhər, köçəri quşlar... Şirvan Milli Parkından video reportaj
Qızılqaz gölü, batmış şəhər, köçəri quşlar... Şirvan Milli Parkından video reportaj

Şirvan Milli Parkı həm də, tarixi abidəsi ilə də tanınır. Şirvan Milli Parkında həm də, 9-cu 13-cü əsirlərə aid olan batmış şəhərlər var. Xəzər dənizinin qalxması nəticəsində bu şəhərlər Xəzər suları altında qalmış və əhali ordan köç etmişdir. Səyyahlar bu ərazilərdən keçərkən, yazırmış ki, orada biz çoxlu düyü tarlaları görürdük. O dövrlərdə o şəhərlərdə yaşayış üçün şirin su var idi, min bir şərait var idi. “İpək yolu” o ərazidən keçirdi deyə orada bir çox təsərrüfat fəaliyyətləri inkişaf eləmişdi. Dəniz qalxandan sonra o əhali köç edir. Şəhər qalığları hal-hazırda da Xəzər dənizinin suları altındadır.

batmış şəhər, Şirvan Milli Parkı / Foto: İradə Cəlil batmış şəhər, Şirvan Milli Parkı / Foto: İradə Cəlil

Bu barədə Bizimyol.info xəbər portlıan Şirvan Milli Parkının rəhbəri Seymur Kərimov məlumat verir. Onun sözlərinə görə, bu gün həmin ərazilərdə müxtəlif eksponatlar tapılır. Bu gün həmin eksponatlar qoruğun binasının bir otağında saxlanılsa da, gələcəkdə bu eksponatların sərgilənməsi üçün muzeyin yaradılması planlaşdırılır.

Şirvan Milli Parkının sədri Seymur Kərimov Şirvan Milli Parkının sədri Seymur Kərimov

Qoruğun ərazisində diqqət çəkən digər bir yer, “Qızılqaz gölü”dür.

“Gəldiyimiz yer “Estakada” marşurutudur. Marşurut “Qızılqaz gölü”ndə quşları müşahidə etmək üçün düzəldilib və il boyu turistlərin ən çox gəldiyi marşurutlardan biridir. Payız mövsümündə miqrasiya vaxtı quşların ən çox olan vaxtıdır. Amma hazırda da yay mövsümü olmasına baxmayaraq, mövsümə uyğun olaraq, “Qızılqaz gölü”ndə quşlar var”-deyən Kərimov qeyd edib ki, göldə

“Fısıldayan Ququşu”, “Qızılqaz” quşu, Sternalar, Qaranazlar, Cüllütlər və və s. var. Göldə quş sayı normaldır.

“Turistlər əsasən buranı ona görə sevir ki, sakit dayandıqda və quşları müşahidə etdikdə, yalnız quşların səslərini eşidirik. Bu da turistlər üçün istirahətin bir növü sayılır”-deyən park rəhbəri qeyd edir ki, göl ətrafında olan qamışlıq tək quşlara deyil, həmçinin qabana da ev sahibliyi edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »