Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İş yerlərinin bağlanması - kasıbları acından öldürmək...
İş yerlərinin bağlanması - kasıbları acından öldürmək...

“Wolt Azərbaycan”ın işi dayandırıldı. Minlərlə gənc işsiz qaldı. Adətən, hökumət yeni iş yerlərinin açılması ilə öyünür. Bu qədər insanın işsiz qalmasından danışılmır. İndi iş tapmaq olduqca müşkül məsələdir. Gənclər onsuz da aşağı şərtlərlə işləyirdi. Bu fürsət də əllərindən alındı.

Bizimyol.info xəbər verir ki, 2023-cü il iyunun 1-nə olan vəziyyətə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,1 min nəfər olub. Guya son illər onların sayı azalıb. Hər halda 2018-ci ildə işsizlərin ümumi sayının 252 min nəfərdən çox olduğu bildirilirdi. Son illər işsizlərin sayı çox artıb. Bunu xüsusi araşdırma aparmadan müşahidə etmək olur. Rəsmi statistika belə demir.

Guya iqtisadi fəal əhalinin sayı 5 milyon nəfər civarındadır. Kimdir iqtisadi fəal əhali? Təsəvvür edin, mülkiyyətintə torpaq payı olan şəxslərin məşğulluğu qeydə alınıb. Halbuki kəndləri müşahidə etmək kifayətdir. Nə qədər torpaq payı olan şəxslər gəlirsiz qalıb. Su çatışmazlığı əkin-biçinlə məşğul olmağa imkan vermir. Həmin insanlar çarəsiz vəziyyətdədir. Buna görə də kəndlərdən paytaxta üz tutanların sayı artıb. Lap tutaq ki, kəndlərdə əkib-becərənlər var. Bu yenə də daimi məşğulluq anlamına gəlmir. Əkinlə məşğul olanlar ilin böyük hissəsində işsiz qalırlar. Bakıya bölgələrdən böyük axın var. Amma hökumət qarşısına kasıbları acından öldürmək məqsədi qoyub. Müxtəlif sahələr bir-birinin ardınca inhisara alınır. Karqo şirkətlərinin əl-qolunu bağlamağa başladılar. Taksilərlə bağlı sərt qaydalar tətbiq olunacaq.

İndi də yeməkdaşıma xidmətinə ağır zərbə endirilir. Hər dəfə minlərlə insanın işsiz, həm də ac qalmasından söhbət gedir. Belə görünür ki, zamanla hələ çox sahələri inhisar ələ keçirəcək. Hələ çox insanlar işsiz qalacaq. Bu da sosial fəlakət anlamına gəlir. İnsanların əlindən son çörək yerini almaq olmaz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »