Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahaçqalada baş verən partlayışda 3-ü uşaq olmaqla 27 nəfər ölüb
Mahaçqalada baş verən partlayışda 3-ü uşaq olmaqla 27 nəfər ölüb

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

"Ümumilikdə insident nəticəsində 102 nəfər xəsarət alıb, onlardan təəssüf ki, 27 nəfər ölüb. Hadisə nəticəsində 13 uşaq xəsarət alıb, onlarda 3-ü həyatını itirib", - deyə Rusiya Fövqəladə Hallar Nazirliyi Telegram kanalında qeyd edib.

İdarədən bildiriblər ki, dağıntıların araşdırılması və onların altında zərərçəkənlərin axtarışı davam edir. Qurtarma-xilasetmə briqadaları hadisə yerinə cəlb olunublar.

Rayon rəhbəri Sergey Melikovun bildirib ki, ölənlər arasında üç uşaq da var. O, həmçinin əlavə edib ki, hadisənin səbəbləri araşdırılır. "Hüquq-mühafizə orqanları yoxlama aparır, bunun nəticəsində hadisənin baş verməsinə məsuliyyət daşıyan şəxs və ya şəxslərin aşkarlanması, eləcə də dağıstanlıların təhlükəsizliyinin təmin edilməsi üçün mümkün olan hər şey ediləcək", - Məlikov yazıb.

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində baş verən fəlakətin şahidləri iki partlayışın olduğunu deyirlər.

Onlardan biri "REN TV"yə bildirib ki, birinci partlayışdan sonra avtomobilindən düşüb, daha sonra ikinci partlayış baş verib.

Yanacaqdoldurma məntəqəsinin sahibi olan “Naftoqaz 24” şirkətinin həmtəsisçilərindən biri Hüseyn İbrahimov da onunla razılaşıb. Amma o, partlayışın səbəbinin başqa versiyasını da açıqlayıb.

Hüseyn İbrahimovun sözlərinə görə, qonşu binalarda hamının dediyi avtoservis yox, selitra ilə dolu anbarlar olub və indi həmin yerdə nəhəng dağıntı var. "Əksinə, yolun o tərəfində bəzi anqarlar, anbarlar var idi. Məlum olur ki, orada yüz tona yaxın selitra saxlanılıb", - İbrahimov "REN TV"yə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »