Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan-Türkiyə ABŞ və Çin daxil olmaqla, təsir sferasında mühüm ticari və siyasi tərəfdaşlardır"
"Azərbaycan-Türkiyə ABŞ və Çin daxil olmaqla, təsir sferasında mühüm ticari və siyasi tərəfdaşlardır"

"Türkiyə Azərbaycanla getdikcə daha çox inteqrasiya edən, geri dönüşü olmayan sosial-mədəni, iqtisadi və siyasi prosesin içindədir. Əvvəllər dillərdə olan, dövlətlərarası münasibətlərdə keçərli olmayan “qardaşlıq” qanunu indi institutsionallaşmış münasibətlər və qarşılıqlı asılılıqlarla formalaşmağa başlayıb".

Bu barədə Bizimyol.info xəbər portalına BAU ULMER müdürü, politoloq İhsan Alpargın danışıb. Politoloq qeyd edib ki, bu münasibət hərbi, iqtisadi və siyasi koordinasiyanın faydaları xalqları emosional, eləcə də dövlətləri maddi cəhətdən ayrılmaz şəkildə bağlayır. Lakin burada qeyd edilməli olan məqam ondan ibarətdir ki, iki həddən artıq həyəcanlanmış emosional cəmiyyət olan Türkiyə və Azərbaycan türklərinin dövlətlərin mümkün məcburi beynəlxalq manevrlərinə həddən artıq reaksiya verib və iqtidarı məcburi şəkildə tərk etməməsinin təmin edilməsi, yəni zəifliyi aradan qaldırmaq üçün müvafiq ictimai araşdırmalar aparılmalıdır. Qarabağın dirçəldilməsi, Azərbaycan ordusunun modernləşdirilməsi və Türkiyənin enerji ehtiyacının ödənilməsi iki ölkənin tarixində ən mühüm nailiyyətlər sırasındadır.

BAU ULMER müdürü, politoloq İhsan Alpargın BAU ULMER müdürü, politoloq İhsan Alpargın

Politoloqun fikrincə, Azərbaycan-Türkiyə gündən-günə yaxınlaşan və böyüyən Türk Cümhuriyyətləri və Türk Dövlətləri Təşkilatının təşəbbüsü üçün çox mühüm model və hərəkətverici qüvvədir. Türkiyə üçün, eləcə də Qərb üçün Azərbaycan yüksələn Orta Asiya və Türk Cümhuriyyətlərinə tarixi qapıdır. Eyni şəkildə, Türk Cümhuriyyətləri üçün Rusiyanın təsiri davam edərkən, Azərbaycan və Türkiyə ABŞ və Çin də daxil olmaqla, təsir sferasında mühüm ticari və siyasi tərəfdaşlardır.

“Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla birlikdə Aİ və NATO üzvü olan Macarıstanın da təşkilata daxil olmaq istəməsi də, bu önəmli bazarda yer almaq və yaranacaq yeni siyasi blokda yerini almaq istəyindən qaynaqlanır. Bunun bariz səbəbi, təbii ki, TDT-nin nizamnaməsinə görə, macarların “hun türkü” kökləridir. Bununla belə, ŞKTC-nin tamhüquqlu üzvlüyü və tanınması üçün də yaxın zamanlarda Türk Dövlətləri həm də, sürpriz Afrika dövlətlərindən bəzi cəhdlər olacaq”-deyən Alpargın əlavə edib ki, Rusiyanın konsulluq açması addımından sonra sözsüz ki, bu məsələyə toxunmaq lazım gələcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »