Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa toplumu və Avropa siyasətçiləri Azərbaycanla münasibətləri pisləşdirmək niyyətində deyil"
"Avropa toplumu və Avropa siyasətçiləri Azərbaycanla münasibətləri pisləşdirmək niyyətində deyil"

Avropa Parlamentinin deputatı Kostas Mavrides Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağdakı vəziyyəti fövqəladə humanitar vəziyyət və Azərbaycan tərəfindən beynəlxalq hüququn açıq şəkildə pozulması hesab edir. Mavrides qeyd edib ki, "Laçın dəhlizinin tam və özbaşına blokadası, xüsusən də əhalinin əsas ehtiyacları üçün humanitar ləvazimatların çatdırılmasına əngəl törədilib. "Dağlıq Qarabağ"ın "mühasirəyə alınmış əhalisi" beynəlxalq hüquqa görə "müharibə cinayəti" sayılır". Onun sözlərinə görə, Aİ-nin Ermənistanda Aİ-nin mülki nümayəndəliyini açmaq qərarı da siyasi və praktiki baxımdan mühüm addım olub.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa parlamentinin deputatı Kostas Movrides özü daha çox erməni lobbisiylə hərəkət edən bir şəxsdir. Onun belə açıqlamaları da təbii ki, erməni lobbisinin dəstəyi və sifarişi əsasında həyata keçirilir. Qaldı ki, Qarabağla bağlı məsələlərə görünən odur ki, deputatın özünün elementar savadı yoxdur. Və o, savadsızlığı üzündən belə açıqlamalar verir.

Samir Hümbətov Samir Hümbətov

“Birinci “dağlıq Qarabağ” deyil, Azərbaycan ərazisində Qarabağ ərazisidir. Bu, həm də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Yəni bu cür parlamentarinin belə bir açıqlama verməsi ondan xəbər verir ki, deməli, onun beynəlxalq hüquqdan xəbəri yoxdur. Varsa da, bilərəkdən beynəlxalq hüquq normasını pozur.

İkincisi Azərbaycan Laçın dəhlizini, yəni Azərbaycanla Ermənistan dövlət sərhədində yerləşən Laçın nəzarət burasılış məntəqəsini tam şəkildə bağlamayıb. Orada hümanitar proses davam etdirilir. Yəni hümanitar gediş-gəliş davam edir. Arada bir neçə gün gərginliklər olduğu müddətdə müəyyən saatlar ərzində gediş- gəliş dayansa da, ümumi olaraq açıqdır”-deyə politoloq əlavə edib.

Politoloq vurğulayıb ki, digər bir tərəfdən isə, bura Azərbaycanın suveren ərazisidir. Görünən odur ki, bu adam hələ anlamır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Və beynəlxalq hüquq da, onun təmsil olunduğu Avropa parlamenti özü də, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir.

“Azərbaycanın Qarabağda yaşayan erməniləri erməni əsilli Azərbaycan vətəndaşlarının acından öldürülməsi və s. hümanitar fəlakətlərə səbəb olacaq hərəkətlərə yol verməsi ilə bağlı, fikirlər kökündən yalnışdır. Çünki Azərbaycan prezidenti İlham Əliyev açıq şəkildə Paşinyanla görüşən zaman, 6-cı Brüssel görüşündə açıq şəkildə danışıqlar prosesində bu söhbət edilib. Ondan sonra yəni danışıqlar nəticəsində açıq şəkildə təklif olunubdur ki, Xankəndi, Ağdam, Bərdə marşurutu üzrə hümanitar yardımların çatdırılması prosesi həyata keçirilə bilər. Yəni bu gün də Azərbaycan Xankəndinə qədər yenidən yol çəkir. Xankəndi-Ağdam yolunu bərpa edir. Hətta bununla bağlı təmir işləri də gedir”-deyə politoloq bildirib. Onun sözlərinə görə, Avropa parlamentinin Azərbaycana qarşı heç bir hüquqi əsası olmadan qərar qəbul etmək istəyi olarsa, bu Azərbaycanla Avropa arasında ciddi gərginliklərə səbəb ola bilər. Bu isə, Azərbaycanı Avropaya olan enerji siyasətinə yenidən baxması deməkdir.

Samir Hümbətovun fikrincə, Avropa toplumu və Avropa siyasətçiləri Azərbaycanla münasibətləri pisləşdirmək niyyətində deyil. Onlar da bilirlər ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Burda heç bir soyqırımdan, müharibə cinayətlərindən söhbət gedə bilməz. Qətiyyən belə bir şey yoxdur.

“Bu açıqlama sadəcə və sadəcə hansısa qrupların maraqlarına xidmət edən açıqlamadır. Belə bir hərəkətlərin baş verməsi də demək olar ki, mümkün deyil. Yəni Azərbaycana qarşı hər hansı bir sanksiyanın tətbiq edilməsi mümkün deyil. Çünki Avropa dövlətlərinin 9-u ilə Azərbaycan arasında strateji tərəftaşlıqla bağlı müqavilə imzalanıb. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanın maraqlarına zidd hərəkət etmək, onların özlərinin də maraqlarına ziddir. Və Azərbaycan nə Laçın nəzarət buraxılış məntəqəsində blokada yaratmayıb, nə də Qarabağla bağlı siyasətində dəyişiklik yoxdur.

Azərbaycan yenə təklif edir ki, buyursunlar Xankəndi-Ağdam-Bərdə marşurutu üzrə bu prosesi davam etsinlər. Avropa parlamentində irəli sürülən bu iddianın heç bir hüquqi və siyasi əsası yoxdur”- deyə Samir Hümbətov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »