Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ “Taxıl sazişi”nin tələblərini yerinə yetirmək üçün Rusiyaya kömək etməyə hazırdır
ABŞ “Taxıl sazişi”nin tələblərini yerinə yetirmək üçün Rusiyaya kömək etməyə hazırdır

ABŞ “Taxıl sazişi”nin tələblərini yerinə yetirmək üçün Rusiyaya kömək etməyə hazır olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayen keçirdiyi brifinqdə deyib.

“İlk növbədə, Rusiya nə tələb etdiyini dəqiq bilməlidir. Olar bir sıra müxtəlif tələblər irəli sürüblər. Bunların hamısı Rusiyanın müxtəlif qurumlarının özəl sektordan xidmət ala bilməməsi ilə bağlı idi”, - deyə ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, Rusiyanın dilə gətirilən problemləri Qərbdə özəl sektorda təchizatçılarla çətinlik çəkən Rusiya Federasiyasının konkret kommersiya təşkilatlarına aiddir.

ABŞ-ın sanksiyalar siyasəti üzrə koordinatoru həmçinin qeyd edib ki, Ukrayna son 6-8 ay ərzində demək olar ki, 60 milyon ton taxıl ixrac edib: “Onların 32 milyon tonu BMT-nin vasitəçiliyi ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsündən keçib və bu təşəbbüs çərçivəsində böyük gəmilər Odessadan dünya bazarlarına çıxa bildi".

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"inin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Son xəbərlər
Bütün xəbərlər »