Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qonşu Gürcüstan və Rusiyada bu proses sadələşdirilib" - Etibarnamə ilə bağlı yeni qərar tövsiyə olunur
"Qonşu Gürcüstan və Rusiyada bu proses sadələşdirilib" - Etibarnamə ilə bağlı yeni qərar tövsiyə olunur

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya işinə baxılıb və qərar qəbul edilib. Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, etibarnamələrin verilməsi elə də qəliz proses deyil. Əksinə elektron portal üzərindən elektron etibarnamələrin verilməsi artıq 2 ildir ki, həyata keçirilir. Yəni etibarnamə üçün harasa getməyə belə ehtiyac yoxdur.

Aslan Əsədov Aslan Əsədov

“Sürücülük vəsiqəsi olan və yetkinlik yaşına çatan hər bir şəxsin nəqliyyat vasitələrini idarə etmə hüququ vardır. Yəni bir ailənin bir neçə üzvü varsa, bir atanın 3 oğlu varsa, onlara ayrı-ayrılıqda etibarnamə vermk nə dərəcədə doğrudur? Bu səbəbdən də sadələşdirilmiş proseslərə start verildi. Ailəsə avtomobili qaçıran oğul istənilən vəziyyətdə maşını qaçıracaq, yəni evdən götürüb gedəcək. Pis vərdişləri edən övlad, istənilən vəziyyətdə bu proseslərdən yararlanacaq. Yəni o, etibarnaməsiz də avtomobil idarə edəcək”- deyə Aslan Əsədov qeyd edib.

Ekspert vurğulayıb ki, hazırkı qanunvericiliyə görə, “Yol hərəkəti haqqında” qanunun 327-ci maddənin 1-ci bəndinin 1-ci girişinə əsasən digər şəxsin avtomobilini idarə etmək üçün etibarnamə verilməlidir.

“Yəni, hər bir şəxs nəqliyyat vasitəsini idarə edən zaman onun etibarnamə hüququ olmalıdır. Yəni etibarlılıq hüququ olmalıdır. Kimliyindən asılı olmayaraq, etibarnamə tələb edilir. Qonşu ölkələrdə bu proseslər artıq əhəmiyyətini itirib. Məsələn, Gürcüstanda etibarnamə ilə nəqliyat vasitələrini idarə edilməsi yoxdur. Rusiyada da, digər Avropa ölkələrində də bu sadələşib. Azərbaycanda da bu sadələşdiriləcək”-deyə Aslan Əsədov əlavə edib.

P.S. Nəqliyyat mülkiyyətçisinin avtomobilini özündən icazə almadan idarə etmək mülkiyyət hüququnu pozmayacaqmı? Mülkiyyət hüququnu pozan şəxsləri hansı cəzalar gözləyəcək? Hələ ki, bu sualların cavabı açıq olaraq qalır. Yəqin ki, etibarnamələr ləğv edildiyi zaman qanunvericilikdə bu sualların cavabları da müəyyən edilə bilər. Əks halda, nə baş verəcəyini düşünmək belə mümkün deyil.

İlahin, Biizmyol.info

Son xəbərlər
Bütün xəbərlər »