Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təkbaşına bir şəhəri inflyasiyaya salacaq qədər varlı adam Mansa Musa...
Təkbaşına bir şəhəri inflyasiyaya salacaq qədər varlı adam Mansa Musa...

Dünyanın ən varlı adamı Mansa Musadır. Bu şəxs təkbaşına bir şəhəri inflyasiyaya salacaq qədər varlı adamıdır. Səfərə çıxaraq, 60 min adamı və 100 dəvəsini də özü ilə aparan Musa bu günün məzənnəsinə görə 18 milyard Türk lirəsini xərcləyib, pulu xalqa paylayıb. Nəticədə tələbi o qədər artırıb ki, təkcə o, inflyasiya və 12 illik tənəzzülə səbəb oldu. Kralın ümumi sərvəti təxminən 400 milyard dollar qiymətləndirilir.

1280-ci ildə anadan olan Mansa Musa 1312-ci ildə hələ gənc ikən Qərbi Afrikadakı Mali Krallığının lideri olub. 100 minlik bir ordu və 10 min atla Malini genişləndirərək, bugünkü Mavritaniya, Burkina Faso, Niger, Fil Dişi Sahili, Seneqal və Qvineyanı aldı. Amma heç vaxt oradakı insanların dinini, dilini, adət-ənənələrini dəyişməyə çalışmadı. Deməli, o, çox dözümlü bir padşah idi. O, götürdüyü bütün bölgələri 14 yerə bölərək, hər rayonu öz yerli rəhbərinə həvalə etdi. Təbii ki, hər bölgə hələ də Musaya tabe idi. Bu, onun sərvətini artırdı, çünki xalqın üsyan etməsi üçün heç bir səbəb yox idi. Ələ keçirilən bu torpaqlar duz və qızıl kimi sərvətlərlə zəngin idi. Bu qaynaqlara əlavə olaraq, ətraf bölgələrə duz ticarəti də edən Musa Malinin “qızıl çağını” həyata keçirdi.

60 minlik bir xalqla Məkkəyə yola düşən Musa özü ilə minlərlə kiloqram qızıl aparmışdı. Dindar müsəlman olan Musa 60 min insanı da özü ilə apararaq müqəddəs yerləri ziyarət etmək üçün yola düşdü. O, Misirdən və Sahara səhrasından keçərək Məkkəyə getməli idi. Bu 60 min adamın arasında əsgərlər, yüksək vəzifəli məmurlar və adambaşına 8 kilo qızıl daşıyan qullar da var idi. Bundan əlavə, 100 dəvənin hər biri 130 kq xalis qızıl daşıyırdı. Mansa Musanın Məkkəyə gedərkən özü ilə apardığı ümumi sərvətin hazırkı məzənnəyə görə 17-18 milyard TL olduğu təxmin edilir.

Qahirədə xərclədiyi pulla bütün bir şəhəri təkbaşına inflyasiyaya saldı...

Misir-Qahirədə 3 gün qalan Musa Qahirə padşahına sırf "salam" demək üçün 50 min qızıl dinar (210 kq) göndərdi. O, burada olduğu müddətdə camaata o qədər qızıl da paylamışdı ki, hətta tacirlər və camaat varlanmışdı. Ancaq bir problem ortaya çıxdı, inflyasiya. Çünki Musa, Yaxın Şərqdə tələbatı artıraraq, 12 illik qızıl tənəzzülünün təməlini qoydu. Qahirədən ayrıldıqdan sonra bu inflyasiyanı eşidən Musa bölgəyə qayıdıb və qızılları yüksək faizlə bazardan çıxarıb.

Mansa Musadan sonra imperiya parçalanma dövrünə qədəm qoydu. Səyahətlərində yüzlərlə alim və sənət adamını ölkəsinə gətirən Musa 1337-ci ildə 57 yaşında vəfat edib. Onun varisi olan oğlu imperiyanı bir yerdə saxlaya bilmədi və Mali Krallığı Mansa Musanın ölümündən sonra dağılmağa başladı.

Tarixçilər belə bir fikirdədirlər ki, Musanın sərvətini rəqəmlə ifadə etmək mümkün deyil, lakin onu təxmin edilən 400 milyard dollara görə hesablasaq, bu gün nə əldə edə biləcəyimizə nəzər salaq:

  • 176 milyon 921 iPhone 15s
  • 8 milyon 792 min T10X baza modeli Toggs
  • 10 milyon dəyərində 1 milyon 79 min 200 mənzil
  • 973 Boeing 777-8 təyyarəsi
  • 35 THY şirkəti....

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »