Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhali artımı orduya necə təsir edə bilər?
Əhali artımı orduya necə təsir edə bilər?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı əhaliyə ailələrdə 5 uşağın doğulmasını tövsiyə etdi. Prezidentin fikrincə, əhali artımı Azərbaycanı gücləndirən əsas amillərdəndir.

Əhali artımı orduya necə təsir edə bilər?

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əhalinin sayı, ümumiyyətlə insan amili bir çox məsələlərdə olduğu kimi ordu quruculuğunda, müdafiə sənayesinin, eyni zamanda  elmin və texnologiyanın inkişafında xüsusi yer tutur. Yəni rəqabətin güclü olması, rəqabət mühitinin formalaşması insan amili ilə bağlıdır.

Ramil Məmmədli Ramil Məmmədli

“Sadə dillə desək, bir işlə bağlı namizədin beş nəfər olması ilə, 50 nəfər olması fərqlidir. Daha çox rəqabət mühiti yaranır. Daha keyfiyyətli iş ortaya çıxa bilir. Bu baxımdan ordunun şəxsi heyyətinin sayının çox olmağı və daha peşəkar, daha bacarıqlı zabitlərin sayının artması, bir sözlə ölkənin güclü olması təbii ki, onun əhalisinin sayı ilə də bağlıdır. Bu gün dünyada Çinin və Hindistanın əldə etdiyi sürətli uğur vaxtı ilə SSRİ-nin, əldə etdiyi uğur həm də insan kapitalı, insan amili ilə bağlı idi. Daha çox insanın işlə məşğul olmağı daha böyük uğurlara imza atır”-deyən ekspert bildirib ki, bu baxımdan Azərbaycan əhalisinin sayının artması və daha çox olması, ordunun şəxsi heyyətinin, canlı qüvvənin sayının artmasına təsir edəcək. Bu da təbii ki, Azərbaycan ordusunun güclənməsinə gətirib çıxaran amillərdən biridir.

Ramil Məmmədli hesab edir ki, bu əsas amil olmasa da, önəmli amillərdən biridir. Onun fikrincə, əhalinin artması təqdirə layiqdir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »