Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər birimizin işimizə aid bir simvolumuz olmalıdır" - Video
"Hər birimizin işimizə aid bir simvolumuz olmalıdır" - Video

Bakıda mayın 6-da “Gələcəyə dəyər” adı altında növbəti Milli İnsan Resursları Forumu keçirilib. Tədbirdə İnsan Resursları sahəsi üzrə 500 nəfərə qədər mütəxəssis, dövlət və özəl sektorların nümayəndələri, sahibkarlar iştirak ediblər. 3 moderator və 13 spiker gələcəyə dəyər qatmaq üçün “Gələcəyin insanı”, “İstedad, yoxsa təcrübə?”, “Fərqli prizma” üzrə müxtəlif mövzuları müzakirə ediblər.

Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, spikerlər sırasında olan Müasir Psixologiya Mərkəzinin qurucusu klinik psixoloq Aidə Sübhan çıxışı zamanı iş ortamı, işləyən insanların psixologiyaları mövzusunda fikirlərini bölüşüb.

“Bütün sahələrdə çalışan insanlar axşam evdə nə yaşayıblarsa, gecə saatlarında beyin emal olunur və insan yatır. Səhər oyanan zaman məntiqi cəhətdən həmin informasiyaların emalı gedir və bu proses nəticəsində insanın diqqəti dağıla bilir. İnsan işə gəldiyi yol boyu belə eyni mövzunu müzakirə edir. O anda həmin şəxsə işlə bağlı sual versək, bəzən çaşqınlıq olar, bəzən də heç cavab verə bilməz. Bu zaman rəhbərlik və HR-lar da belə bir hiss yarada bilər ki, bu insan işə laqeyd yanaşır və bu insanı mənəvi cəhətdən itiririk.

Bunun qarşısını almaq üçün əməkdaşın edə biləcəyi çox kiçik çıxış yolları demək istərdim. Hər birimizin işimizə aid bir simvolumuz olmalıdır. Kimdəsə geyim, kimdəsə işdə istifadə etdiyi qələm və s. ola bilər. Həmin əşyanı əlinizə aldığınız və ya əyninizə geyindiyiniz zaman artıq mən işdəyəm, onu işdə qoyub getdiyiniz zaman iş bitdi, mənim üçün ev saatı başladı beyə beyinə siqnal ötürmüş olacaqsınız. Çünki beyin belə əlaqəni çox sevir”,- deyə Aidə Sübhan bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »