Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Adı çıxmış bütün mədəni dəyərləri bəşəriyyət boş vaxtında yaradıb" - Video
"Adı çıxmış bütün mədəni dəyərləri bəşəriyyət boş vaxtında yaradıb" - Video

Bakıda mayın 6-da “Gələcəyə dəyər” adı altında növbəti Milli İnsan Resursları Forumu keçirilib. Tədbirdə İnsan Resursları sahəsi üzrə 500 nəfərə qədər mütəxəssis, dövlət və özəl sektorların nümayəndələri, sahibkarlar iştirak ediblər. 3 moderator və 13 spiker gələcəyə dəyər qatmaq üçün “Gələcəyin insanı”, “İstedad, yoxsa təcrübə?”, “Fərqli prizma” üzrə müxtəlif mövzuları müzakirə ediblər. Spiker qismində kimi çıxış edənlərdən biri də şair, yazıçı Aqşin Yenisey olub.

Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Şair Aqşin Yenisey çıxışı zamanı iqtisaydiyyatın ədəbiyyat və mədəniyyətin bir qolu olduğu üçün çox yaxın və bir-birinə əlaqəli sahələr sayıldığını bildirib.

“Mədəniyyətin yaradıcısı da iqtisadiyyatdır. İqtisadiyyatın gücünü ölçmək üçün onun yaratdığı mədəniyyətə baxırlar. Bir iqtisadiyyat öz mədəniyyətini yaradıb, dünya bazarına çıxarda bilməyibsə, bu, hələ iqtisadiyyat deyil, yaşamaq uğrunda mübarizənin bir formasıdır”, -deyə Aqşin Yenisey bildirib. Bundan əlavə, şair qeyd edib ki, hər bir yaradıcı şəxsin üzə çıxmasına iqtisadi resurslar şərait yaradır.

“İqtisadiyyat ilk növbətə rifah yaradır. Rifah isə, insanın həyatdan oğurlaya bildiyi boş vaxtdır. Bizim dünyada gördüyümüz, izlədiyimiz, adı çıxmış bütün mədəni dəyərlər və mədəniyyət abidələri bəşəriyyətin boş vaxtında yaratdığı abidələrdir. O cəmiyyət, xalq, dövr, çarx ki, bütün həyatını, enerjisini çörək dalıyca qaçmağa xərcləyir, o xalqda, cəmiyyətdə adətən mədəniyyət yarana bilmir.

Nümunə üçün bildirim ki, qədim yunanlar deyirdilər ki, “boş vaxt fəlsəfənin anasıdır”. Çünki Yunanıstanda aristokratlar gözləməyi özlərinə təhqir bilirdilər. Onlar hesab edirdilər ki, kölələr işləməlidir. Onlar isə, ali dəyərləri yaratmaqla məşğul olmalıdırlar. Bu düşüncənin nəticəsində ortalığa yunan fəlsəfəsi deyilən böyük bir mədəniyyət çıxdı”, -deyə şair çıxışında bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »