Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Federasiyanın prezidenti olsam, deyərəm ki, bir çempionumuz olsun, amma azərbaycanlı olsun"
"Federasiyanın prezidenti olsam, deyərəm ki, bir çempionumuz olsun, amma azərbaycanlı olsun"

Bakıda mayın 6-da “Gələcəyə dəyər” adı altında növbəti Milli İnsan Resursları Forumu keçirilib. Tədbirdə İnsan Resursları sahəsi üzrə 500 nəfərə qədər mütəxəssis, dövlət və özəl sektorların nümayəndələri, sahibkarlar iştirak ediblər. 3 moderator və 13 spiker gələcəyə dəyər qatmaq üçün “Gələcəyin insanı”, “İstedad, yoxsa təcrübə?”, “Fərqli prizma” üzrə müxtəlif mövzuları müzakirə ediblər.

Milli İnsan Resursları Forumu-2023 tədbirinin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, forumda çıxış edən spikerlərdən biri də Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev olub. O, çıxışı zamanı idman, bilik bacarıq kimi mövzulara toxunub.

Zalda əyləşən qonaqlardan biri idmançıya sual ünvanlayıb və yarışlarda Azərbaycanın bayrağını yüksəldən idmançıların əksəriyyətinin niyə xaricilər olduğunu soruşub. Hacı Əliyev isə cavabında “İdman sahəsində biz aşağı çəkili, cır millət kimi sayılırıq. 2007-ci ildən biz legionerləri ölkəmizə gətirirdik. Düzünü bilmək istəyirsinizsə, bizdə 10 çəki var və onların 6-sı legionerlər, 4-ü bizim yerli idmançılarımızdır. Mən bu gün Güləş Federasiyasının prezidenti olsam, deyərəm ki, 1 dənə olsun çempion, amma azərbaycanlı olsun. Mənim fikrimcə, kənardan gələnə ehtiyac yoxdur”, -deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »