Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov ölüm ayağındadır: Yerinə 17 yaşlı uşağı gətirirlər
Kadırov ölüm ayağındadır: Yerinə 17 yaşlı uşağı gətirirlər

Çeçenistan lideri Ramzan Kadırovun vəziyyəti ağırdır, ölüm ayağındadır. Rusiya isə, indiki vəziyyətdə Ramzan Kadırovun yerinə 17 yaşlı oğlu Əhməd Kadırovu Çeçenistanda hakimiyyətə hazırlayır. Belə ki, Əhməd Kadırov 3 həftə əvvəl Moskvada Putinlə görüşərək, ondan xeyir-dua alıb. Bir müddət əvvəl isə, Əhməd Kadırov Azərbaycana gəlib, Allahşükür Paşazadə və İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

  • Çeçenistanda nə baş verir?
  • Çeçenistanda siyasi dəyişiklik bölgəyə necə təsir edə bilər?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ramzan Kadırovun səhhətində xüsusi problemlər bu səbəbdən də onun vəliəhdinin seçilməsi və onun formalaşdırılması prosesi gedir.

“Çeçenistanda siyasi sistem Kadırov ailəsinə tabeçilik üzərində qurulub. Orada silahlı qüvvələr belə Kadırovçular adlandırılır. Xüsusi “Kadırovçı” dəstələr var. Kadırova bağlı xüsusi idmançılar var. Demək olar ki, ölkənin bütün siyasi elitası Kadırov ailəsinə tabe etdirilib. Bu səbəbdən də bu sistemin dağıdılmaması üçün Kadırov ailəsindən birinin seçilməsi və onun növbəti dönəmdə ailə hakimiyyətinin davam etdirilməsi Rusiya üçün də çox vacibdir. Burada fərqli fikirlər ortaya atıla bilər. Fikirlərdən biri odur ki, məhz Ramzan Kadırov xəstəlikdən əziyyət çəkdiyi üçün onun hakimiyyəti oğluna ötürülür.

Digər bir fikir isə çox maraqlıdır. Necə ki, Ramzan Kadırovun atası Ahmet Kadırovun öldürülməsində də rusların əli olduğu deyilirdi. Ancaq ondan sonra Ramzan Kadırov hakimiyyətə gətirildi. Ola bilsin ki, Ramzan Kadırovun özü də Rusiya hakimiyyəti üçün təhdid təşkil edir. Buna görə də məhz Rusiya hakimiyyəti onu "zərərsizləşdirib", yerinə oğlunu hakimiyyətə gətirməyə çalışır. Bu da bir versiyadır”-deyə politoloq bildirib. Onun sözlərinə görə, bizim üçün önəmli olan Ramzan Kadırovun oğlunun kiçik Əhməd Kadırovun yenidən hakimiyyətə hazırlanması mərhələsi zamanı Azərbaycana göndərilməsidir. Azərbaycanda həm ali dini lider, Qafqaz Müsəlmanları idarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşü və eyni zamanda İqtisadiyyat naziri Mikayıl Cabbarovla çox maraqlıdır.

“Nəzərə almaq lazımdır ki, Allahşükür Paşazadə ata Ramzan Kadırov və baba Əhməd Kadırovla çox yaxın münasibtədə olan bir şəxsdir. Şimali Qafqazda olan dini icma rəhbərlərinin və s. onların tanınmasında xüsusi rolu olan bir şəxsdir. Məhz buna görə də, Allahşükür Paşazadə ilə görüşü xüsusi qiymətləndirmək lazımdır. Eyni zamanda İqtisadiyyat naziri, Azərbaycanın demək olar ki, bütün iqtisadi sahələrinin kurasiyası ilə məşğuldur. Mikayıl Cabbarovla görüş də Əhməd Kadırovun gələcəyə hazırlanması üçün çox böyük əhəmiyyət kəsb edir”-deyə Turab Rzayev qeyd eidb.

Politoloq çox maraqlı bir məqmama da toxunub. O, qeyd edib ki, Bakı sanki MDB ölkələri üçün bir mərkəz rolunu oynayır. Belə ki, postsovet ölkələrinin lideləri özlərini təsdiq etmək, beynəlxalq aləmə açılmaq üçün və ya öz vəliəhdlərini təyin etmək üçün Bakıdan istifadə edirlər.

“Bakı sanki keçmiş Sovet İttifaqının ən yüksək partiya məktəbi rolunu oynayır. Eyni zamanda beynəlxalq aləmə çıxış üçün, özünü təsdiq üçün sanki bir başlanğıc nöqtəsi sayılır. Bundan əvvəl xatırlayırsınızsa, Türkmənistan prezidentinin oğlu ilk dəfə Bakıya səfər etmişdi. Ondan sonra Qurbanqulu Berdimehemmedov öz yerinə onu vəliəhd təyin etdi. Tacikistan prezidenti İmamali Rahmonun oğlu da Bakıya səfər etmişdi. Onun da atasından sonra hakimiyyətə hazırlaşdığı ilə bağlı fikrilər səsləndirilir. Çünki artıq o, paytaxt Düşənbənin meridir. Onun atasını əvəz edəcəyi gözlənilir”-deyən politoloq hesab edir ki, Əhməd Kadırovun da bu şəkildə Bakıya gəlməsi Bakının beynəlxalq güclərin görüş məntəqəsi, beynəlxalq güclərə özünü təqdim etmək üçün xüsusi əhəmiyyətli bir şəhər olmasının təsidiqidir.

Politoloqun sözlərinə görə, hətta Türkiyə kimi bir dövlətin Misirlə, İsraillə əlaqələrinin düzəlməsində və bərpasında və yaxud digər ərəb ölkələri ilə münasibətlərin bərpasında Bakı şəhəri baza kimi istifadə olunub.

“Bakı şəhərində Qərb, ABŞ və NATO rəsmiləri Rusiya rəsmiləri ilə görüşüb. Daha əvvəl TALİBAN-nın fərqli ölkələrlə görüşləri Əfqanıstanda məsələsinə görüşləri Bakıda keçirilib”-deyən Rzayev vurğulayıb ki, Bakı qlobal siyasət mərkəzlərindən biri olmaq yolunda irəliləyir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »