Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
Ərdoğan və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü baş tutan telefon danışığında Rusiya lideri Vladimir Putinə taxıl müqaviləsinin uzadılmasına görə təşəkkür edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanasından mətbuata verilən məlumatda bildirilir.

“Söhbət zamanı Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələr müzakirə olunub. Prezident Ərdoğan Rusiya prezidenti Putinə Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi ilə bağlı müsbət mövqeyinə görə təşəkkür edib", - Prezident Administirasiyasının məlumatında qeyd edildi.

Türkiyə lideri qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında münaqişənin danışıqlar yolu ilə tezliklə başa çatmasına böyük əhəmiyyət verir.

Ərdoğan bildirib ki, Türkiyə və Rusiya Soçidə razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata bilər. Eyni zamanda, bu addımların nə ola biləcəyi barədə təfərrüatlar göstərilmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »