Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In nüvə silahından istifadəyə hazır olmağı tapşırıb
Kim Çen In nüvə silahından istifadəyə hazır olmağı tapşırıb

Koreya Xalq Dokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen In deyib ki, ölkənin silahlı qüvvələri müharibənin qarşısını almaq üçün istənilən vaxt nüvə silahından istifadə etməyə hazır olmalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Şimali Koreya liderinin fikrincə, dövlətin nüvə statusu təkbaşına müharibənin qarşısını ala bilmək üçün yetərli deyil. O deyib ki, bunun üçün nüvə qüvvələrinin düşmənə zərbə endirməyə mükəmməl hazır olması və onların döyüş hazırlığının həmişə “düşmənə qorxu salması” lazımdır. Kim Çen In əlavə edib ki, "düşmənin KXDR-ə qarşı aqressivliyinin" daha da aydınlaşdığı indiki vəziyyət ölkədən özünün nüvə qarşısının alınmasını gücləndirməyi tələb edir.

"TsNAK"ın məlumatına görə, martın 18-19-da ölkənin əks-hücum etmək qabiliyyətini gücləndirmək məqsədi ilə “vacib düşmən hədəfinə” nüvə zərbəsini simulyasiya edən taktiki təlimlər keçirilib. Agentlik bildirir ki, bu raket təlimləri ABŞ və Cənubi Koreyanın KXDR-i işğal etmək üçün hərbi təlimlərin miqyasını artırması və Vaşinqtonun Koreya yarımadasında strateji nüvə silahları yerləşdirməsi fonunda, çətin şəraitdə baş tutub.

Təlimlərə Kim Çen In özü rəhbərlik edib. Agentliyin yaydığı fotolara görə, onu qızı Kim Joo Ae müşayiət edib. Təlimlər bir neçə hissəyə bölünüb: komanda-nəzarət təlimləri, nüvə əks-hücumuna hazırlıq, saxta nüvə başlığına malik ballistik raketin buraxılışı. Təlimin ilk günü göstərdi ki, cavab zərbəsinin hazırlanmasının bütün prosesi “etibarlı və tez” işləyir.

"İkinci gün simulyasiya edilmiş taktiki nüvə zərbəsi kimi ballistik raket buraxılıb. Onun işə salınması qonşu dövlətlərin təhlükəsizliyinə mənfi təsir göstərmədi. O, təxminən 800 km uçdu və təyin olunmuş yerdə Yapon dənizinin sularından 800 m yüksəklikdə partladı", - deyə agentlik vurğulayıb.

“Nüvə qüvvələri müharibəyə hazır olduqlarına görə “düşmənin ehtiyatsız hərəkətləri və təxribatlarının” qarşısını alacaq və onlara nəzarət edəcək, istənilən “arzuolunmaz vəziyyətdə” üzərinə düşən vəzifəni yerinə yetirəcək”, - deyə agentlik bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »