Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynanın nəyə ehtiyac duyduğunu biz bilirik" - Çinin  sülh planı niyə geri çevrildi...
"Ukraynanın nəyə ehtiyac duyduğunu biz bilirik" - Çinin  sülh planı niyə geri çevrildi...
ABŞ iki həftədir ki, müxtəlif istiqamətlərdən Çinə təzyiq göstərməyə çalışır. Öncəliklə, ABŞ əvvəlcə “Çin Rusiyaya silah göndərə bilər” bəyanatları verdi, sonra Pekin administrasiyasına təzyiq göstərməyə çalışdı ki, Rusiyaya silah verməyə çalışmasınlar. Halbuki ortada heç belə bir vəziyyət yox idi.

İkinci olaraq, ABŞ yenidən Tayvanda təxribata başladı: bir tərəfdən Tayvan boğazından kəşfiyyat gəmisini keçirdi, digər tərəfdən də F-16-larda istifadə edilən raketlərin Tayvana 619 milyon dollarlıq satışına icazə verdi. Hansı ki, bir neçə ay əvvəl Tayvana 6,5 milyard dollarlıq silah satış paketini elan etmişdi.

Üçüncü istiqamət, ABŞ Konqresinin Nümayəndələr Palatası “Çinə qarşı fəaliyyət planını” müzakirə etdi. Çin Kommunist Partiyası (ÇKP) ilə mübarizə üçün Nümayəndələr Palatasında yaradılmış xüsusi komitə “Çin administrasiyasının ABŞ-ın milli təhlükəsizliyinə yaratdığı təhdidlər”lə əlaqədar Çinə qarşı təcili tədbirlər görməyə çağırıb. Komitə sədri Mayk Qallager ABŞ üçün Çinlə mübarizənin "ekzistensial mübarizə" olduğunu bildirib və qeyd edib ki, gələcək 10 il növbəti 100 ili müəyyənləşdirə bilər.

Nəhayət, dördüncü istiqamət - ABŞ TikTok-un Çin Hökuməti tərəfindən manipulyasiya vasitəsi olduğunu iddia edərək, ölkə daxilində onu qadağan etmək üçün addımlar atdı.

Bəs indi nə oldu ki, ABŞ bu cür müxtəlif qollardan Çinə qarşı hərəkətə keçir?

Çünki Çinin bir müddətdir Ukrayna müharibəsinə qarşı sülh planı hazırladığı məlum olub. O, müharibənin birinci ilində 12 bəndlik sülh planını açıqlayıb.

Atlantik Cəbhəsi isə əvvəlcə bu plana məhəl qoymadı və daha sonra onun qeyri-mümkün olduğunu gördükdə, ciddiyə almadı. Lakin ABŞ dövlət katibi Antoni Blinkenin plana verdiyi qiymət belə idi: “Təbii ki, Çinin planında müsbət elementlər var, lakin Kiyevi dəstəkləmədiyi üçün onu boş hesab edirik” - (Sputnik, 2.2.2023)

Beləliklə, Vaşinqton sülh istəmədiyini, sadəcə Kiyevə qeyd-şərtsiz dəstək istədiyini açıqladı. Əslində, ABŞ prezidenti Co Bayden keçən həftə “ABC” televiziyasına verdiyi müsahibədə “uzun müharibə” strategiyası izlədiklərini konkret olaraq açıqlamışdı.

Həmin açıqlamada ABŞ prezidenti bunları bildirmişdi: “Biz bu yaz, yay və payıza qədər ukraynalıları yaxşı vəziyyətdə saxlamaqüçün hərbi materiallar göndəririk. Ancaq indi onların hazırda F-16-ya ehtiyacı yoxdur. Çünki biz yaxın bir neçə ildə Ukraynanın nəyə ehtiyacı olacağını dəqiq bilirik."

Burada ABŞ Çinin sülh planı ilə "uzun müharibə" strategiyasını poza biləcəyindən ehtiyat etdiyi üçün Pekin administrasiyasına qarşı bütün istiqamətlərdən təzyiqlər tətbiq etməyə çalışır. Məsələ sülh planının 12 bəndində deyil, çünki həmin maddələr əsasən təməl prinsiplərə işarə edir. Lakin ABŞ üçün məsələ ondadır ki, Çin təşəbbüsü ələ alır və səhnəyə enir.

ABŞ administrasiyası konstruktivizmin onun dağıdıcılığı qarşısında qurulmasını istəmir. Çünki Çinin təşəbbüsü ilə kollektiv cənub-şərqin hərəkəti ABŞ üçün ən arzuolunmazdır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »