Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanla danışıqların aparılması arzuolunandır” - Babayan
“Azərbaycanla danışıqların aparılması arzuolunandır” - Babayan

Qondarma Artsax Müdafiə Ordusunun keçmiş rəhbəri, Artsax Təhlükəsizlik Şurasının keçmiş katibi, “Vahid Vətən” partiyasının lideri Samvel Babayan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla danışıqlara baxışı və niyə ona qarşı olmadığı barədə danışıb.

Bizimyol.info info xəbər verir ki, o, müsahibəsi zamanı bildirib ki, indiki şəraitdə Azərbaycan tərəfinin son iki ildə mütəmadi olaraq dilə gətirdiyi 5 bənd üzrə Azərbaycanla danışıqların aparılması arzuolunandır.

“Bəziləri tərksilahdan danışır, bəziləri başqa bir şeydən... Cavabımızı öz mövqeyimizdən formalaşdırdıq. Bəziləri bunu pis qəbul etdilər. Lakin biz statusla bağlı danışıqlardan və sairədən danışmırıq... Söhbət qarşılıqlı etimaddan gedir”, - deyə o əlavə edib və bildirib ki, Artsaxın statusu məsələsi çoxdan Sovet İttifaqından ayrılma ilə bağlı referendumda həll olunub.

Təklif etdiyi danışıqların mahiyyətindən danışan Babayan izah edib ki, məsələn, Artsax yayda Azərbaycana su verməli, onlar da elektrik enerjisini verməlidirlər.

Babayan hesab edir ki, ermənilərin Kaşenski adlandırdıqları mədən dərhal dövlət mülkiyyətinə keçməlidir. Onun sözlərinə görə, Artsax (Qarabağ) ərazisində zavod fəaliyyət göstərməlidir.

“Orada insanlar işləyəcək, son məhsulu emal edəcək və satacaq, azərbaycanlılar istəsələr, ya özləri investisiya qoyacaqlar, ya da investorlar dəvət edəcəklər”,-deyə siyasətçi əlavə edib.

O, bildirib ki, əgər Azərbaycanla qarşılıqlı etimad çərçivəsi yaratmaq istəyi varsa, o zaman “avtomatla başınızın üstündə dayanıb tərksilah tələb etmək yox, qoşunları geri çəkmək” və ya müqaviləni ləğv etmək lazımdır.

Azərbaycanlıların Kaşen mədəninə sahib olmasının və ora sərmayə qoymasının əleyhinə olub-olmaması ilə bağlı sualı cavablandıran Babayan bunun əleyhinə olmadığını deyib.

“Heç kim qarşı çıxa bilməz. Mənim üçün nə fərqi var ki, azərbaycanlı, iranlı və ya rus yatırım edir, məhsul onlara satılır. Bunun nə problemi var?

Biz fabrik qurmaqdan, son emaldan, məhsul əldə etməkdən və satmaqdan danışırıq ki, insanlarımız işlə təmin olunsun, vergi ödəsin. Sual bundan ibarətdir”, - deyə o bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »