Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəlzələ insan psixologiyasını da məhv edən təbii fəlakətdir"
"Zəlzələ insan psixologiyasını da məhv edən təbii fəlakətdir"

Zəlzələ dağıntılara, təlafata səbəb olmaqla yanaşı insan psixologiyasını məhv edən təbii fəlakətdir.

Zəlzələlər travmaya səbəb ola bilir. İnsanlar duyğu, düşüncə və davranışlarına görə müxtəlif reaksiyalar verə bilirlər. Ancaq hər bir insanın travmaya məruz qalma səviyyəsi fərqlidir. Məsələn, zəlzələni yaşayan şəxs zəlzələdən təsirlənsə də, həmin şəxsdə travma sonrası stress pozğunluğu olmaya bilər. Eyni zamanda zəlzələni hiss etməyən, ancaq sosial şəbəkələrdə və ya KİV-də izləyən bir çox insanda travma sonrası stress pozğunluğu müşahidə oluna bilər. Zəlzələ ehtimalı belə psixologiyamıza xələl gətirə bilər.

Mütəxəssislərin fikrincə, zəlzələdən sonra insan psixologiyası üç mərhələdən keçir: şok, passivasiya və bərpa.

Psixoloq Elnarə Əsədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, zəlzələyə məruz qalan şəxs psixoloji sarsıntı keçirir. Şok reaksiyası orqanizm tərəfindən yaradılmış psixoloji müdafiə mexanizmidir.

z'lz'l'“Zəlzələdən dərhal sonra insanda həddindən artıq qorxu hissi, nə edəcəyini bilməmək, duyğularını hiss edə bilməmək, reaksiya verə bilməmək, ətrafı və ya vəziyyəti tam qavramaq kimi əlamətlər ola bilər. Anidən insana təsir edən ölüm qorxusu acizlik və panika hissi yarada bilər. Bu vəziyyətdə bəzi insanlar zəlzələdən sağ çıxmaq üçün şüursuzca risk edə bilərlər. Məsələn, özlərini hündür mərtəbədən ataraq yaralana və ya ölə bilərlər”-deyə psixoloq qeyd edib.  Onun sözlərinə görə, zəlzələdən zərər çəkən insanlar passiv vəziyyətdə olurlar. Bu mərhələdə insanlar travmatik vəziyyətin təsirindən qurtulmaq üçün göstərdikləri səylərə baxmayaraq, özlərini gücsüz və yorğun hiss edirlər.  Sakitləşmiş insanın ətrafdan kömək gözləməsi lazımdır. Ətrafdan aldığı dəstəklə şüuru yüksəlir və şüurlu hərəkət etməyə başlayır. Psixoloq qeyd edib ki, zəlzələnin psixoloji yaralarının qabıqlanmağa başladığı mərhələ bərpa mərhələsidir. Sağalma vəziyyəti müsbət doğru görünsə də, vəziyyət o qədər də asan deyil. Çünki, bu, insanın ən yüksək narahatlıq səviyyəsində olduğu mərhələdir. Yuxusuzluq, zəlzələ ilə bağlı kabuslar görmək, hadisəni xatırlamaq, davamlı zəlzələ qorxusu, çaşqın reaksiyalar, gələcək üçün plan qura bilməmək, yadlaşma, hadisəni xatırladan vəziyyətlərdən qaçma kimi hallar müşahidə edilir. Bu simptomlar insandan insana dəyişə bilər. Hətta insan həyatının əvvəlki vəziyyətinə qayıdacağına ümidini itirərsə, özünə zərər verə bilər. Psixoloji gücünü qoruyub saxlaya bilən insan qısa zamanda bu vəziyyətin öhdəsindən gələ bilər.

Mütəxəssis bildirib ki, zəlzələdən sonra psixologiyanı qorumaq üçün zəlzələ zamanı qazandığınız təcrübələriniz haqqında danışmaqdan qorxmayın. Hisslərinizi, düşüncələrinizi, kədərinizi boğmayın, yaxınlarınızla paylaşın. Gələcək planlar qurmağa çalışın. Qorxularınız keçməsə, bir mütəxəssisdən yardım almağa çalışın.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »