Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamını narahat edən sual: Dağıntılar altında neçə gün sağ qalmaq mümkündür?
Hamını narahat edən sual: Dağıntılar altında neçə gün sağ qalmaq mümkündür?

Türkiyədə minlərlə insanın ölümünə səbəb olmuş zəlzələdən 100 saatdan çox keçir. Sevindiricidir ki, hələ də dağıntılar altından sağ çıxarılanlar var. Hətta zərərçəkənlərdən bəzisi şaxtalı havada ac, susuz qalmasına baxmayaraq, gəzə bilir. Dağıntılar altında 100 min civarında insanın olması dəqiqdir. Hamını narahat edən sual budur ki, bu şərtlərlə neçə gün sağ qalmaq mümkündür? Yəni dağıntılar altında qalanların daha neçə gün zamanı var?

Bizimyol.info xəbər verir ki, Təcili Tibbi Yardım Mütəxəssisləri Dərnəyinin rəhbəri Başar Cander zəlzələdən sonra köməksiz vəziyyətdə 9 gün həyatda qalmağın mümkün olduğunu deyib. Onun fikrincə, əsas məsələ susuzluğa dözməkdir. Ac daha uzun müddət dayanmaq olur. Amma susuzluq orqanizmi tamamilə sıradan çıxarır. Cander məhz susuz 9 gün yaşamağın mümkün olduğunu bildirir. Amma professor bütün hallarda konkret danışmağı doğru saymır.

“İnsanın dağıntılar altında nə qədər qalacağını dəqiq söyləmək mümkün deyil. Susuzluğa, aclığa və mühitə görə dəyişir. Dağıntılar altından çıxarılanlara baxdıqda onların ciddi xəsarət almadıqlarını və həyat üçbucağında olduqlarını görürük. Əgər travma keçirsəydilər, bu qədər yaşaya bilməzdilər. Fərqlər olsa da, dinamik bədən bir həftə susuzluğa tab gətirə bilər ki, bu da 8-9 günə qədər davam edər. Soyuq hava maye itkisinə müsbət töhfə verir. Yemək olmadıqda orqanizmin suya ehtiyacı artır”.

Ola bilər ki, Başar Cander 9 gün deyəndə Nurcan Arslan nümunəsini xatırlayır. Tibb bacısı 1992-ci ildə Ərzincan zəlzələsində 187 saat tab gətirmişdi. Onda mətbuat Nurcanın 9 gün dözdüyünü yazırdı. Amma zərərçəkən 8 sutkaya yaxın susuz qala bilmişdi.

Yeri gəlmişkən, Nurcan Arslan bu günlərdə mətbuata müsahibəsində zərərçəkənlər arasında ondan daha dözümlü şəxslərin ola biləcəyini dilə gətirib. O, gözü yolda qalan yaxınların ümidini hələ uzun müddət üzməməli olduğunu deyib.

1999-cu il Gölçük zəlzələsində də dözümlü davrananlar az olmamışdı. Zərərçəkənlərdən biri 151 saat sonra xilas edilmişdi. Dünya rekordu isə 14 gündür. 2010-cu ilin yanvarında Haitidə baş vermiş zəlzələdə Riko Dibrivell iki həftə sonra dağıntılar altından sağ çıxmışdı.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »