Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülhməramlılara BMT mandatının verilməsinə ehtiyac yoxdur" - Rusiya XİN
"Sülhməramlılara BMT mandatının verilməsinə ehtiyac yoxdur" - Rusiya XİN

“Rusiya sülhməramlılarının fəaliyyəti həm Bakıda, həm də İrəvanda dəstəklənir. Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarına BMT mandatı verməyə ehtiyac yoxdur”.

Bizimyol.info xəbər verir ki, bunu RİA Novosti -yə Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev deyib.

"Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin qorunmasının yeganə təminatçısı Rusiya sülhməramlı kontingenti olaraq qalır. Ona BMT mandatı verməyə ehtiyac yoxdur, çünki birinci üçtərəfli görüşdə (Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı) sülhməramlılarımızın fəaliyyət üsulları artıq aydın şəkildə müəyyən edilib. Bu münasibətlə mübahisənin iştirakçıları arasında konsensus var və bu fakt burada əsasdır”,- deyə rus diplomat bildirib.

Onun sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, “Rusiya sülhməramlılarının fəaliyyəti həm Bakıda, həm də İrəvanda dəstəklənir ki, bu da ərazinin yekun statusunun qeyri-müəyyənliyi kontekstində əsas əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar nəticəsində Qarabağa yerləşdirilib. Sənədə əsasən, Rusiya sülhməramlılarının qalma müddəti, əgər tərəflərdən heç biri buna etiraz etməsə, avtomatik olaraq növbəti beş il müddətinə uzadılmaqla beş ildir.

Rusiya mediası bildirir ki, 2020-ci il sentyabrın sonunda “Dağlıq Qarabağ”da uzunmüddətli münaqişənin davamına çevrilmiş və mülki əhalinin tələfatına səbəb olan hərbi əməliyyatlar yenidən başlayıb. Tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd ediblər, lakin noyabrın 10-na keçən gecə əldə olunan üçtərəfli razılaşma uğurlu olub. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşi tamamilə dayandırmaq, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. İrəvan həmçinin 1994-cü ildən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın nəzarətində olan Kəlbəcər və Laçın rayonlarını, eləcə də Ağdam rayonunun bir hissəsini Bakıya verib.

P.S. Bu arada Rusiya rəsmisi Azərbaycan tərəfinin suverenliyinə hörmətsizlik edərək "Dağlıq Qarabağ" ifadəsindən istifadə edir və eyni zamanda onların fəaliyyətinin Bakıda dəstəkləndiyini iddia edir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »