Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: “Məni öldürməyə hazırlaşırlar”
Lukaşenko: “Məni öldürməyə hazırlaşırlar”

Belarus Prezidenti Aleksandr Lukaşenko sanki Ukrayna müharibəsinin nəticələrinə görə nikbin deyil. Dövlət başçısı çox narahat görünür. Alternativ media yazır ki, Lukaşenko ehtiyat aerodrom axtarışındadır. Hər halda onun Birləşmiş Ərəb Əmirliklərinə və Zimbabveyə səfərləri belə qiymətləndirilmişdi. Lukaşenko müharibədən sonrakı taleyini fikirləşir. “Batka” həmkarı Vladimir Putin qədər təmkinini qoruya bilmir. O, həyatına böyük təhlükə olduğunu deyir.

Bizimyol.info xəbər verir ki, Lukaşenko hər an öldürülə biləcəyindən qorxur. Belarus dövlət başçısı onun devrilmək ehtimalının az olmadığını açıq dilə gətirir. Qərbin diktator kimi qəbul etdiyi siyasətçi ölkənin baş prokuroru Andrey Şvedlə söhbətdə bir neçə versiyadan söz açıb.

“Məni devirməyə, öldürməyə, yüksəkvəzifəli şəxsləri qətlə yetirməyə çalışacaqlar. Siz də orada son sıralarda deyilsiniz. Sizi qorxutmaq üçün demirəm, özünüz də yaxşı bilirsiniz. Kim ki boğazda ilişib qalıb, hamısını sıradan çıxarmaq istəyəcəklər. Bunu Qərb maliyyələşdirəcək”.

Lukaşenko bundan əvvəl də bənzər çıxışlar edib. “Batka” bir müddət əvvəl ABŞ xüsusi xidmət orqanlarının onu oğurlamaq istədiklərini bildirmişdi. Guya bunun üçün Qomel vilayətində zirzəmi də hazırlanıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayıb. Belarus Kremlin müttəfiqi sayılır. Minsk hərbi əməliyyatlarda rəsmi yer almasa da, Lukaşenko hökumətinin Rusiyaya köməyi danılmazdır. Kreml qoşunları müharibənini ilk günlərində Kiyev vilayətinə məhz Belarus ərazisindən hücim təşkil etmişdi.

Böyük Britaniya kəşfiyyatı Rusiyanın yaxın günlərdə genişmiqyaslı hücuma başlayacağını proqnozlaşdırır. Kreml qoşunları Kiyevi ələ keçirmək üçün ikinci cəhdi göstərəcək. Bu dəfə Belarus ordusunun fəal hərbi müdaxilədə iştirakı gözlənilir.

Aleksandr Lukaşenko 1994-cü ilin iyulundan Belarusa rəhbərlik edir. Beynəlxalq ekspertlər onun 2020-ci prezident seçkilərində müxalifətin vahid namizədi Svetlana Tixanovskayaya məğlub olduğunu düşünür. Lukaşenko komandası seçkinin nəticələrini saxtalaşdıraraq köhnə prezidentin postunda qalmasına şərait yaratmışdı.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »