Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Ukraynadakı münaqişəyə görə hərbi büdcənin həcmini artıracaq
Britaniya Ukraynadakı münaqişəyə görə hərbi büdcənin həcmini artıracaq

Böyük Britaniya hökuməti yüksək inflyasiya səbəbindən müdafiə sahəsinə investisiyanın real səviyyəsinin azalmasının qarşısını almaqla yanaşı Ukraynadakı münaqişə fonunda hərbi büdcənin həcmini artırmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü axşam mənbələrə istinadən "The Daily Telegraph" məlumat yayıb.

Nəşrin yazdığına görə, Böyük Britaniyanın Maliyyə Nazirliyi Müdafiə Nazirliyinin rəhbəri Ben Uollesin real hərbi xərclərin azaldılmasının yolverilməzliyi ilə bağlı arqumentləri ilə razılaşıb. Xəzinədarlıq katibi Ceremi Hantın 2023-cü ilin yazında növbəti maliyyə ili üçün büdcəni təqdim edərkən (1 apreldən başlayır) açıqlama verəcəyi gözlənilir. Analitiklərin fikrincə, real hərbi xərclərin azaldılmasının qarşısını almaq üçün Müdafiə Nazirliyinin 2024-2025-ci illər üçün büdcəsi ən azı 1,5 milyard funt sterlinq (1,8 milyard dollar) - 48,6 milyard funt-sterlinqdən (58,6 milyard dollar) 50.1 milyard funta (60,4 milyard dollar) qədər artmalıdır.

"2019-cu ildə seçki manifestində Britaniyanın hakim Mühafizəkarlar Partiyası müdafiə xərclərini hər il inflyasiya üstəgəl 0,5 faiz bəndi artırmağı vəd etmişdi. Bu, o zaman gələcək illər üçün proqnozlaşdırılan iki faizlik inflyasiya ilə mümkün idi. Amma indi ölkədə inflyasiya ötən illə müqayisədə 10,7% təşkil etdiyindən (demək olar ki, 40 ilin ən yüksək göstəricisi) verilən vədləri yerinə yetirmək çətin olacaq", - deyə qəzet yazır.

Böyük Britaniyanın hazırkı baş naziri Rişi Sunak, Boris Conson və Liz Trussun sələfləri ölkənin müdafiə xərclərini 2025-ci ilə qədər 2,5%-ə, 2030-cu ilə qədər isə 3%-ə çatdıracaqlarını vəd ediblər.

Lakin yeni hökumət başçısı belə vədlər vermədi. "The Daily Telegraph"ın daha əvvəl qeyd etdiyi kimi, üç faizlik rəqəmə çatmaq üçün səkkiz il ərzində müdafiə xərcləri iki dəfə artırılaraq ildə 93 milyard funt-sterlinqə (112 milyard dollar) çatmalıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »