Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan beynəlxalq təzyiqlərə davam gətirəcəkmi?
Azərbaycan beynəlxalq təzyiqlərə davam gətirəcəkmi?

“Azərbaycan Laçın dəhlizi ilə bağlı beynəlxalq təzyiqlərə davam gətirərəsə sülhməramlı kontingentin yerləşdiyi bölgəmizə tam nəzarəti təmin edə bilərik”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndiyev danışıb.

Vasif Əfəndiyev Vasif Əfəndiyev

O qeyd eidb ki, hazırda Rusiya siyasi müstəvidə kifayət qədər təmkin nümayiş etdirir. “Putin 10 noyabr sazişinin əməl olunmasının Rusiyanın maraqları ilə üst-üstə düşüdüyünü nə qədər tez anlayarsa regionda bütün kommunikasiyalar daha tez və birdəfəlik açıla bilər. Mirzoyanın dekabr ayının 23-də nəzərədə tutulan Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşündən imtina etməsi bizim üçün daha da əlverişli şərait yaradır”,- deyən politoloq bildirib ki, dekabr ayının 26-da Peterburqa səfər edən Azərbaycan prezidenti Putinlə anlaşaraq Laçın yolunda sərhəd xidməti və gömrük postunun yaradılmasına nail olmalıdır.

Ancaq bundan sonra Qarabağ iqtisadi rayonu ərazisində olan qanunsuz silalhlı birləşmələrin və terror qruplarının zərərsizlşdirilməsi əməliyyatına başlamaq olar.

Onun sözlərinə görə, ilk növbədə bu silahlı birləşmələrin Azərbaycanı tərk etməsi üçün 3-5 gün zaman verildikdən sonra tələblərə əməl edilməzsə , o zaman radikal addımlar atılmalıdır.

“Beynəlxalq təzyiqlərə davam gətirmək ana xəttimiz olmalıdır. Bunun üçün daxili sabitlik və milli anlaşmaya böyük ehtiyyac var. Daxili sabitliyin təmin olunması üçün isə qudurmuş məmurları neytrallaşdırmaq və əhalini məmur basqılarından qurtarmaq şərtdir. Azad və huzurlu vətəndaşı olmayan ölkə nailiyyət əldə edə bilməz”,- deyə V. Əfəndiyev əlavə edib.

Xatırladaq ki, 12 gündür Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların, jurnalist və könüllü vətəndaşların dinç aksiyası davam edir. Nümayişçilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında ekoloji terrora son verilməsini tələb edirlər.Rusiya sülhməramlıları aksiya iştirakçılarının irəliləməsinin qarşısını almaq üçün Laçın dəhlizini zirehli texnika və canlı qüvvə ilə bağlayıb.

Bu da bölgə əhalisinin yaşamının çətinləşməsinə səbəb olur.

Bu problemlə bağlı əksər ölkələr öz narahatlığını dilə gətirib. Aksiya davam edir və tələblər həyata keçirilməyənə qədər bitməyəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »