Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Böyük Qayıdış" futbol çempionatında finalçılar müəyənləşib
"Böyük Qayıdış" futbol çempionatında finalçılar müəyənləşib

Füzuli rayonunda məktəblilər arasında keçirilən "Böyük Qayıdış" futbol çempionatında 1/2 finalçılar müəyənləşdi.

Bizimyol.info xəbr verir ki, Azərbaycan Respublikası Elm və təhsil nazirliyinin Təhsil də inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib gəlmiş layihələrdən biri olan "Böyük Qayıdış" futbol çempionatı layihəsində 1/4 finaçıları müəyyənləşib.

Füzuli rayonunun 8 məktəbinin komandası çempionatda güclərini sınayıb. Yarışın 1/4 finalında Qayıdış 6, HORADİZ 1№, Qayıdış 7№, Böyük Bəhmənli kənd 1№ orta, UGİŞM, Cocuq Mərcanlı kənd, Zobucuq 27№, Zobucuq 39№, məktəblərin komandaları mübarizə aparıblar.

Gərgin keçən mübarizənin 1/2 finalına UGİŞM, Böyük Bəhmənli, Qayıdış 6№, Zobucuq 27№ məktəbin komandaları vəsiqə qazanıblar.

Regionda geniş marağa səbəb olan layihənin keçrilməsində Elm və təhsil nazirliyi ilə birgə BAMF dəstəyi ilə tikilən futbol meydançasında keçirilən "Böyük Qayıdış" futbol çempionatı layihəsi uğurları ilə şagirdlər, eləcə də valideynlər arasında geniş marağa və sevincə səbəb olub.

Məktəblilər dövlətin idmana göstərdiyi qayğıdan onlara düşən payı yüksək səviyyədə qiymətləndiriblər və şagirdlər arasında idmanın ən kütləvi növü sayılan futbola maraq daha da artıb.

Yaxın günlərdə keçiriləcək final oyunlarını məktəblilərlə yanaşı, rayonun ictimaiyyət nümayəndələri və futbol azarkeşləri də izləyəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »