Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar İsrailin müdafiə naziri ilə telefonla danışıb
Hulusi Akar İsrailin müdafiə naziri ilə telefonla danışıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə İsrailin müdafiə naziri Benyamin Qans arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışın zamanı Akar iki ölkə arasında əlaqələrin qarşılıqlı maraqlar və həssaslıqlara hörmət əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, türkiyəli nazir səlahiyyətləri başa catan həmkarına ikitərəfli əlaqələrə verdiyi töhfəyə görə təşəkkür edib, ona yeni siyasi həyatında sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıb.

Son xəbərlər
Bütün xəbərlər »