Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Lukaşenkonu məhv etməyə hazırlaşır - RLI analitikləri
Rusiya Lukaşenkonu məhv etməyə hazırlaşır - RLI analitikləri

"Kreml Belarus ordusunu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün radikal variant planlaşdırıb. Xüsusilə Rusiya Belarus prezidenti Aleksandr Lukaşenkonu aradan götürməyi və onun ordusuna nəzarəti ələ keçirməyi planlaşdırır".

Bizimyol.info xəbər verir ki, Robert Lansinq İnstitutunun (RLI) analitiklərinin fikrincə, Rusiya hərbi rəhbərliyindəki mənbələr Kremlin Lukaşenkonun aradan "götürülməsi" ilə bağlı artıq qərar qəbul etdiyini təsdiqləyiblər.

Kreml sui-qəsd cəhdi uğursuz olsa belə, Lukaşenkonun qətlində “NATO kəşfiyyatının rəhbərliyi altında Ukrayna və Polşanın iştirakı” barədə uydurma sübutlar təqdim etməyi planlaşdırır. Bu vəziyyət formal olaraq Belarus qoşunlarının Ukraynaya qarşı müharibədə gələcək iştirakına səbəb ola bilər.

"Rusiya Federasiyasının hərbi kəşfiyyatı yaxın günlərdə ya Belarus prezidenti Aleksandr Lukaşenkonun həyatına qəsd, ya da onun "terror cəhdi" ssenarisi hazırlamağa hazırlamağa bilər. Bu əməliyyatın məqsədi Belarus rəhbərini qorxutmaqla, onu Rusiya tərəfindən müharibəyə girmək əmrini verməyə sövq etmək olacaq.

Baş Kəşfiyyat İdarəsi artıq əməliyyat zamanı Lukaşenkonun öldürülməsi ssenarisi üzərində işləyir. Güman edilir ki, daha sonra onun kürsüsünə Rusiya Federasiyasına tamamilə sadiq olan Çerniqov vilayətindən olan hazırkı KTMT baş katibi Stanislav Zas oturacaq", - deyə ekspertlər qeyd edib.

Analitiklər Rusiyanın iki ordunu vahid komandanlıq altında birləşdirmək istədiyini istisna etmirlər. Onda Lukaşenko ölkəni idarə etmək imkanını itirəcək. İndi böyük risk var ki, diktator postunu itirsin, onun yerini isə marionet Zasın tutsun.

“Rusiya Lukaşenkonu müharibəyə qatmaq üçün Belarusda silahlı təxribatlar törədə bilər. Amma hakimiyyəti itirmək qorxusu onun üçün bu addımın qarşısında əsas maneə olaraq qalacaq. Moskvadakı mənbələrdən gələn son hesabatlar İnstitutun analitiklərinin Aleksandr Lukaşenko üçün dramatik ssenarinin xeyrinə əvvəlki qənaətlərini təsdiqləyir", - deyə məlumatda bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »