Son zamanlar İranın daxilində etirazlar və bu ölkə hakimiyyətinin Azərbaycana qarşı mövqeyi molla rejimində çatların baş verdiyindən xəbər verir.
- Yürüdülən ikiüzlü siyasət, Ermənistana dəstək, dost qılığında düşmən mövqeyi İranı hansı vəziyyətə gətirib çıxara bilər? Əslində, bunlar hamı üçün maraqlı suallardır: Etirazlar necə nəticələnək? Azərbaycan İranın ona qarşı bu ikiüzlü siyasətinə necə cavab verəcək?
Numeroloq Xəyal Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda Azərbaycan üçün çox təhlükəli bir dövr yaşayırıq. Amma bu dövr də keçəcək.
“Azərbaycan xalqı üçün, Azərbaycan üçün bugün olan çətinliklər bir müddətdən sonra yaxşı bir nəticəyə gətirib çıxaracaq. İrana gəldikdə, İran parçalanmalıdır. Bundan başqa heç bir yolu yoxdur. İran rejimi bölgədə və dünyada hər kəsin ürəyini bulandıran bir meydandır. İran rəhbərliyi, molla rejimi, oranın mənfi ideologiyası bütün dünyanı hər zaman həyacanda saxlayan bir hakimiyyətdir. İran da parçalanmalıdır. Mütləq şəkildə Güney Azərbaycan orada öz yerini tapmalıdır. 40 milyonluq əhalisi ilə onlar o öz müqəddaratını həll etməlidir. İranın ərazisində 40 milyon azərbaycanlı yaşayır. Onlara öz müstəqilliyini vermək olmaz? Bu necə olur?
İran bu gün həmin o separatçıların tərəfini tutur. Həmin o hakimiyyətdir ki, 30 ildə bizə “qan udduran”, bizə əzab verən işğalçıların tərəfini tutur. Sonra deyir ki, biz İslam Respublikasıyıq. İranın İslamdan ümumiyyətlə xəbəri yoxdur. İslam dini şiə və sünni demək deyil. İslam dini birlik dinidir, islam dini sülh dinidir. İslam dini o deyil ki, mən şiəyəm, mən sünniyəm. İnsanların bütün beynini xarab ediblər. Quranda şiə-sünni söhbəti yoxdur. Baxın, bu İslam dinini birbaşa parçalayan o İran hakimiyyətidir.
Rəcəb Tayyip Ərdoğan deyir ki, “mənim dinim nə şiədir, nə sünni. Mənim dinim İslamdır”. İslam dinini parçalayan İrandır. Ona görə də, İranın özünü də parçalamaq lazımdır. Bu zaman İslam dini bütünləşər”, - deyən numeroloq bildirib ki, bu zaman ən azından 40 milyonluq Azərbaycan xalqı da öz taleyini, öz müdəqqəratını həll edə bilər - yəni proqnozlar İranın parçalanacağından xəbər verir.
İlahin, Bizimyol.info