Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun baş katibi: “ABŞ-dakı seçkilər Vaşinqtonun Kiyevə dəstəyi ilə bağlı mövqeyini dəyişməyib”
NATO-nun baş katibi: “ABŞ-dakı seçkilər Vaşinqtonun Kiyevə dəstəyi ilə bağlı mövqeyini dəyişməyib”

ABŞ-da keçirilən aralıq seçkilər Vaşinqtonun Kiyevə dəstəyi ilə bağlı mövqeyini dəyişməyib.

“Report” xəbər verir ki, bunu Londonda Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşündən sonra NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

“Tamamilə aydındır ki, ABŞ-da Ukraynaya yardımın davam etdirilməsi üçün güclü dəstək var. Dünən ABŞ-da keçirilən seçkilərlə də bu, dəyişməyib”, - o bildirib.

Eyni zamanda, baş katib etiraf edib ki, NATO-nun demokratik ölkələrində həmişə müxtəlif fikirlərə malik səslər olur:

“Ancaq təbii ki, əksəriyyət Ukraynanı dəstəkləməyə davam etməyimizin tərəfdarıdır”.

Qeyd edək ki, ABŞ-da noyabrın 8-də keçirilən aralıq seçkilərində səsvermə başa çatıb və bülletenlərin emalı davam edir. Nəticələrə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatının üçdə biri seçiləcək.

Bundan əlavə, 36 ştatın və ABŞ-ın 3 dəniz kənarı ərazisinin qubernatorları seçilir. Yerli analitiklər istisna etmirlər ki, hakim Demokrat Partiyası seçkilərdən sonra həm Nümayəndələr Palatasına, həm də Senata nəzarəti itirərək respublikaçıların təmsil etdiyi müxalifətə təslim ola bilər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »