Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövrümüzün Nostradamusu: Verdiyi qorxulu proqnozlar ard-arda reallaşır
Dövrümüzün Nostradamusu: Verdiyi qorxulu proqnozlar ard-arda reallaşır

Nostradamus kimi tanınan Mişel de Nostre Dam dünyanın ən böyük kahinlərindən hesab edilir. Braziliyalı Atos Salome isə bu dövrün canlı Nostradamusu adlanır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, pandemiya, Rusiyanın Ukraynaya hücumu və Kraliça 2-ci Elizabetin ölümü kimi 21-ci əsrə damğasını vuran hadisələrlə bağlı daha əvvəl proqnozlar verən kahin yeni açıqlamaları ilə gündəmə gəlib. Salome daha əvvəl 3-cü Dünya Müharibəsinin artıq başladığını iddia etmişdi və o, Rusiyanın Ukraynanı işğal etməsindən 44 gün əvvəl bu işğal xəbərini də vermişdi.

Braziliyanın Divinopolis şəhərində yaşayan 36 yaşlı Salome Britaniyanın “Daily Star” qəzetinə danışıb. Salome ABŞ-ın 2024 və ya 2026-cı illərdə bir hücumla sarsılacağını və işğal təhlükəsi ilə üzləşəcəyini irəli sürüb. Salome ABŞ-ı nəzərdə tutaraq “Göydən nəsə düşəcək və heç nə qalmayacaq, bu, müharibənin başladığına dair xəbərdarlıq olacaq”,- deyib.

"Bir cüt böyük lider ABŞ-ı cəhənnəmə çevirmək üçün birləşəcək. Bu, əvvəllər yaşadığımız 11 sentyabr hücumlarından daha dağıdıcı olacaq. Onlar Birləşmiş Ştatlara xəyanət edəcək və işğal edəcəklər, onlar bir müddətdir hücumu planlaşdırırlar",- deyə modern kahin əlavə edib.

Salome qeyd edib ki, yeni mübharibələrin arxasında iki böyük lider dayanır. Üçüncü Dünya Müharibəsi gəlir.

“2023-cü ildə yeni faciələr planlaşdırılır, lakin 2024-cü ildə, hətta 2026-cı ildə daha böyük hadisələrin baş verməsi ehtimalı var. 2023-cü il fevral, aprel və iyul aylarında böyük faciələr baş verəcək”,- deyə Salome gələcəklə bağlı ümidsiz olmamağı da tövsiyə edib.

36 yaşlı kahin proqnozlarını qorxu və çaxnaşma yaratmaq üçün deyil, səlahiyyətli şəxslərin reaksiya verməsi üçün dediyini bildirib və əlavə edib: "Belə şeylərin qarşısını almağa vaxtımız var".

Xatırladaq ki, hisslərinin 12 yaşında inkişaf etdiyini kəşf edən Salome görücü olmadığını bildirərək müqəddəs Kabbala peyğəmbərliyindən istifadə etdiyini iddia edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »