Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avro-4 ekoloji normalarına uyğunluq barədə sertifikatını elektron qaydada əldə etmək asanlaşdı - Video
Avro-4 ekoloji normalarına uyğunluq barədə sertifikatını elektron qaydada əldə etmək asanlaşdı - Video

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq yeni elektron xidmət istifadəyə verib. Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradır. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

İdxal ediləcək avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatın elektron qaydada əldə edilməsinə dair videotəlimatı təqdim edirik:

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Son xəbərlər
Bütün xəbərlər »