Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocavənddə fəhlənin minaya düşməsi ilə bağlı rayon prokurorluğu araşdırma aparır
Xocavənddə fəhlənin minaya düşməsi ilə bağlı rayon prokurorluğu araşdırma aparır

Xocavənddə fəhlənin minaya düşməsi ilə bağlı rayon prokurorluğu araşdırma aparır.

"Bizimyol.info"ya bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

12:18

Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayıb.

Bu barədə "Bizimyol.info"ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »