Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski ruslara Ukraynaya gəlib ölməkdənsə, mitinq etməyi tövsiyə edib
Zelenski ruslara Ukraynaya gəlib ölməkdənsə, mitinq etməyi tövsiyə edib

Rusiya Federasiyası 300 min insanı səfərbər edə biləcək. Rusların mitinqlərə çıxıb həbsə düşməsi Ukraynaya ölmək üçün getməkdən daha təhlükəsizdir.

Bizimyol.info xəbər verir ki, bunu Fransa mətbuatına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Düşünürəm ki, Putin 300 min nəfər göndərə biləcək, bildiyimizə görə, bizim müttəfiqlərimiz kəşfiyyatımıza bunu göstərmişdi, bütün bu 300 min anket onun qismən səfərbərlik haqqında dediyi andan əvvəl artıq hazırlanmışdı. Masanın üstündə bütün bu kağız parçaları hazır idi, onun bu siqnalı nə vaxt verəcəyi ilə bağlı zamanı gözləyirdilər”, - deyə Zelenski bildirib.

Eyni zamanda, o, etiraz aksiyalarında iştirakla bağlı həbs qorxusunu ruslar üçün böyük səhv adlandırıb.

“Onlar həbsxanaya düşməkdən qorxurlar, çünki bizə gələndə sonunun necə olacağını anlamırlar. Vətənimizə gələndə onlar bizə atəş açmalı olacaqlar, biz də onlara məcburən atəş açmalıyıq. Burada - Ukraynada ya öləcəklər, ya da əsir düşəcəklər. Onlar fərqi belə başa düşmürlər: indi küçəyə çıxıblarsa, daha təhlükəsizdir. Bu lazımdır, çünki demokratiyadır, belə böyük dövlətdə hüquqların əlindən alınmış olsa da, müqavimət göstərməlisən. Hamını həbs etmək mümkün deyil, çünki 150 milyon insan yaşayır o ölkədə. Amma müqavimət olmasa, hissə-hissə bura göndərəcəklər və geri qayıdan tabutları qəbul edəcəklər”, - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının vətəndaşları riskləri başa düşmürlər, çünki onlar hələ də öz vətəndaşlarının meyitlərini kütləvi şəkildə görməyiblər.

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin səfərbər olunduğunu elan edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu 300 minə yaxın insanı səfərbər etməyi planlaşdırdıqlarını bildirib.

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyada səfərbərliyin ilk dalğası zamanı təxminən 40-50 min ehtiyatda olan əsgərin çağırıla biləcəyini proqnozlaşdırır, çünki daha çoxu üçün kifayət qədər texnika yoxdur.

Mütəxəssislər qeyd edirlər ki, hətta bu məhdud səfərbərlik Rusiya əhalisinin bir hissəsi üçün çox xoşagəlməz olacaq və Rusiya prezidenti Vladimir Putin lazımi döyüş gücünü artırmaq ümidi ilə əhəmiyyətli siyasi risklərə əl atır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »