Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İkili standartlar postmünaqişə problemlərinin həllinə maneçilik törədir"
"İkili standartlar postmünaqişə problemlərinin həllinə maneçilik törədir"

“Cənubi Qafqazda, xüsusilə də keçmiş münaqişə ilə bağlı Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə vəziyyətin trubelevtliyinə şahid olmaqdayıq. Çünki, kənar təsirlərin və mümkün qədər dünyada erməni diasporu və lopit təşkilatların çox ciddi təsirə malik olduğu ayrı-ayrı dövlətlər tərəfindən maneçiliyin törədilməsinin də müşahidə edirik”.

Bu barədə Bizimyol.info xəbər portalına Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov danışıb. O, qeyd edib ki, ABŞ tərəfindən bu prosesdə müəyyən aktivliyə nail oluruq. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra baş verən bir sıra proseslərdə aktivlik göstərməyən ABŞ-ın son dövrlər, xüsusilə də Azərbaycanla Ermənistan arasında həm şimal qonşumuzun, Rusiyanın təşəbbüsü ilə keçirilən 3 tərəfli danışqlar platformasında həm də Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin təşəbbüsü, vasitəçiliyi və iştirakı ilə keçirilən Brüssel platformasında da müəyyən inkişafın olduğu bir məqamda ABŞ-ın bu qədər aktivləşməsi təbii ki, təsadüfi deyil.

Xəyal Bəşirov Xəyal Bəşirov

Xəyal Bəşirov hesab edir ki, bu aktivlik müəyyən hadisələrdə özündə ehtiva edir: “Məsələn, 25 avqust tarixində artıq həqiqətən də fəaliyyəti dayanmış bir institutun, Minsk qrupunun bərpası istiqamətində ABŞ dövlət katibi Antony Blinken-in Cənubi Qafqaz üzərində maiyəsini təyin edərkən, həmdə ölmüş bir institutun həmsədri kimi, yəni, Minsk qrupunun həmsədri titulu verilməsi, eyni zamanda Azərbaycan dövlətinin dövlət səviyyəsində növbəti dəfə Şuşada dünyanın diqqətində olan bir beynəlxalq konfransın çağırılması və həmin o konfransda 160-dan çox dünyanın ölkələrinin, təşkilatlarından nümayəndələrin iştirakının fonunda ABŞ-ın səfirinin Fransa səfiri ilə növbəti görüşdə Şuşaya getməkdən imtina etməsi, təsadüfi məqamlar deyil. Bunu Azərbaycan dövlətinin rəsmi mövqeyinin prezidentin köməkçisi, prezident administrasiyasının xarici məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev səviyyəsində ciddi etirazın bildirilməsi, Azərbaycan dövlətini və xalqın narahatlçılığının çatdırılması bir daha xəbər verir ki, Azərbaycan bu məsələdə müəyyən məqamlarla bağlı ABŞ-ın atdığı addımları qəbul etmir, səmimi hesab etmir və bu prosesə əksinə mane olmaqla bağlı addımlar olduğunu iddia edir. Təbii ki, biz bunda haqlıyıq”.

Politoloq bildirib ki, bu məsələyə Azərbaycanın haqlı iradından sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü səviyyəsində reaksiya bildirilməsi və Azərbaycana müstəqilliyinin ilk dəstəkçisi kimi ABŞ-ın qələmə verməsi, əslində, heç də reallıqdan xəbər vermir. Çünki, təbii ki, Azərbaycan dövləti ilə ABŞ dövləti arasında çox sahələrdə əməkdaşlıq var.

“Buna terrorçuluq aiddir, buna radikalizmlə mübarizə aiddir, enerji sahəsində, təhlükəsizlik sahəsində və bir sıra digər istiqamətlərdə ciddi əməkdaşlıq var. Təbii ki, biz bunları danmırıq. Əksinə bunların daha da yüksək inkişaf etdirilməsi üçün Azərbaycan dövləti də əlindən gələni edir. Amma təbii ki, Azərbaycan dövləti, Azərbaycan xalqı üçün aktual məsələ olan keçmiş münaqişə ilə bağlı, bəzi problemlərin həlli istiqamətində addımların atılması prosesinə maneçilik törədilməsi heç də bizə digər məsələlərlə bağlı mövcud münasibətlərin fonunda bunlara göz yummağa imkan vermir” - deyə politoloq qeyd edib. Onun sözlərinə görə, bu məsələdə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin edərkən ona Minsk qrupunun həmsədri titulu verməsi və eyni zamanda Filipp Reekerin Cənubi Qafqaza səfər edərək fəaliyyətinə, Ermənistana səfər edib, İrəvandakı soyqırım abidəsini ziyarət etməsi ilə başlaması Azərbaycanla Ermənistan o cümlədən Ermənistanla Türkiyə arasında münasibətlərin daha da gərginləşdirilməsinə və regionda narahatlçılığın artması üçün atılan bir addım idi.

Eyni zamanda ABŞ-ın konqresinin nümayəndələr partiyasının sədrinin Nensi Pelosinin regiona səfəri və onunda eyni addımı ataraq həmin o qondarma soyqırım abidəsini ziyarət edərək orda gözyaşları tökməsi bir daha sübut edir ki, bu məsələdə ABŞ-ın yürütdüyü siyasətə erməni diasporunun təsiri gündən-günə güclənməkdədir.

“Əslində, bu Azərbaycanın və regionun maraqlarından daha çox Türkiyənin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirən amillərlə bağlıdır. Əslində, bu şəkildə qəbul edilməlidir. Nensi Pelosi təkcə bizim regiona deyil, eyni zamanda ötən ayın əvvəllərində Tayvana səfər etməklə Çinlə ABŞ arasında çox ciddi gərginlik yaranmasına səbəb olmuşdu. Səfərlə bağlı ABŞ-ın, xüsusilə də Ağ Evin mövqeyi belə idi ki,  bu səfər Pelosinin Nümayəndələr Palatasının sədri kimi şəxsi mövqeyidir. Bunun Ağ Evlə heç bir əlaqəsi yoxdur. Yəni, bu şəxsi təşəbbüslə keçirilən bir səfərdir. Mən düşünürəm ki, o zaman məntiqi nəticə çıxır ki, Cənubi Qafqaza Nancy Pelosi-nin səfəri Qondarma soyqırım abidəsini ziyarət etməsi və reallığın ziddinə bəyənatlar səsləndirməsidə, əslində, məntiqi hasil olur ki, Pelosinin şəxsi təşəbbüsü ilə bağlı həyata keçirilən addımlardır. Amma mən hesab edirəm ki, hər bir halda bu ABŞ-ın yüksək nüfuzlu şəxsinin, yəni, hiyerarxiya baxımından 3-cü şəxsinin regiona səfəri və bu kimi sülhə təhdid yaradacaq bəyanatlar səsləndirməsi, addımlar atması, əslində, heç də bu regionda baş verən proseslərlə bağlı yaxşı bir şey vəd etmir. Amma, hər bir halda 30 ilə yaxın bir müddət ərzində mövcud olan münaqişənin mövcud olduğu dönəmdə də bu kimi hadisələrin şahidi olmuşuq. Təkcə ABŞ tərəfindən deyil, Minsk qrupunun həmsədri dövlətlərinin etinasız laqeyd yanaşması və bəzi məqamlarda reallığa zidd olan addımlar atması, bəyanatlar səsləndirməsi heç də günlərin birində İkinci Qarabağ müharibəsini reallaşdıran onların fəaliyyətsizliyi belə, nəticəsiz fəaliyyətləri belə bizi günlərin birində bu münaqişəyə son qoymağa mane ola bilmədi. Düşünmürəm ki, bu kimi səfərlər və bu kimi destruktiv addımlar, ədalətsiz addımlar, ikili standartlarla bağlı yanaşmalar münaqişədən sonra mövcud olan postmünaqişə dövründəki problemlərin həllinə maneçilik törədir. Təbii ki, bu sülh prosesi mümkün qədər uzatmağa səbəb olacaq. Hər bir halda hesab etmirəm ki, hansısa bir qüvvə və yaxud kimsə bizi bu sülh sazişinin imzalanmasından ayıra bilər və yaxud bunu bir mənalı şəkildə, bu prosesi mümkünsüz edə bilər” - deyə politoloq əlavə edib. O, hesab edir ki, bu prosesi mümkünsüz etmək mümkün deyil. Çünki, hər bir halda bu sülh sazişinin imzalanmasına maneçilik törədən qüvvələr olsa belə, buna dəstək göstərən qüvvələr həm regionda, həm qonşu ölkələrdə, həm də dünyada daha çoxdur, nəinki, buna mane olmaq istəyənlər.

Politoloqun fikrincə, burada Zəngəzur dəhlizidə çox ciddi rol oynayır. Çünki, Zəngəzur dəhlizinin reallaşdırılması, o cümlədən də regionda sülhün bərqərar edilməsi, əslində, ən çox dünyada mövcud olan və çox böyük təsir mexanizmlərinə, maddi resurslara, ciddi əlaqələrə malik olan erməni diasporunun maraqlarına ziddir. Çünki, onların yaradılması, mövcud olması, fəaliyyət göstərməsi iki amillə bağlıdır. Birinci keçmiş Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, digəri isə Qondarma erməni soyqırımının dünyada təbliğ edilməsi, onun tanıtdırılması ilə bağlıdır. Amma, regionda sülh sazişi imzalanacaqsa, Azərbaycanla Ermənistan arasında artıq keçmiş münaqişənin tam şəkildə həlli və bunun dünya tərəfindən tanınması prosesi reallaşacaq və eyni zamanda bunun məntiqi davamlı olaraq Ermənistanla Türkiyə arasındakı tam normallaşacaq ki, buda artıq bu prosesin reallaşması erməni diasporunun mövcudluğuna heç bir ehtiyac saxlamayacaq. Artıq ona zərurət olmayacaq.

Xəyal Bəşirov hesab edir ki, keçmiş münaqişə və dırnaq arası ATƏT-in Minsk qrupu ifadələri kimi tarixin arxivinə qovuşmaq təhlükəsi erməni diasporunu ciddi şəkildə narahat edir. Məhz buna görə də onlar bütün imkan, vasitələrini və bacarıqlarını işə salıblar və onların o fəaliyyətinin nəticəsidir ki, Nensi Pelosi müəyyən maraqlar qarşılığında və yaxud digər təsir mexanizmləri altında regiona səfər edir. Və Ermənistanda qeyd olunan addımları atır.

“Təbii ki, Azərbaycanın bu prosesə mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanı sülhə məcbur etmə prosesini həyata keçirir. Azərbaycan artıq ərazilərinin azad edilməsindən sonra mövcud olan problemlərin reallaşdırılması istiqamətində konkret addımlar atır. Biz 3 bəyanatın imzalanmasına, 10 noyabr 2020-ci il Azərbaycanın qələbəsinin, Ermənistanın kaputalisiyanı reallaşdıran 10 noyabr tarixli bəyanatın, daha sonra 11 yanvar 2021-ci il Moskva bəyanatının, 26 noyabr 2021-ci il Soçi bəyanatının imzalanmasına nail olmuşuq. Bundan sonra isə artıq ötən ilin 13-14 dekabrında keçirilən ilk sülh görüşünün keçirilməsinə, bu ilin aprel ayının 6-da 2-ci Brüssel görüşünün, 22 may tarixində 3-cü Brüssel görüşünün və ən sonda 31 avqust tarixində 4-cü Brüssel görüşünün keçirilməsinə nail olmuşuq. Və mən düşünürəm ki, bu görüşlərin ən səmərəlisi məhz 31 avqust tarixində keçirilən görüş oldu ki, bütün bu keçirilən görüşlərdə olduğu kimi ən son görüşdə daha açıq, aydın şəkildə görüldü ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu müzakirələrdə toxunulmayan, səsləndirilməyən o dırnaq arası ifadələri öz bəyanatlarında da toxunmadı. Və Avropa İttifaqı Şurasının prezidenti Mişelin müzakirə olunan əsas məsələlər nə ilə bağlıdır? Humanitar məsələlər, Azərbaycanın gündəmə gətirməyə çalışdığı mina məsələləri, Azərbaycanın mümkün qədər müzakirə obyektinə çevirmək istədiyi sərhədlərin delimitasiyası və demorkasiya prosesi və ən sonda Azərbaycanın mümkün qədər tez reallaşdırmağa çalışdığı sülh sazişinin imzalanması məsələsi. O dırnaq arası ifadələrin heç birinə yol verilmədi, bu artıq Ermənistan tərəfini ciddi şəkildə narahat etməyə başladı. Məhz bunun nəticəsi olaraq həmin o görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması ilə bağlı, işçi qrupunun yaradılmasına dair fərman versədə, fərqli addımların şahidi olduq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfər etdi. Müdafiə naziri ABŞ-a səfər etdi. Bir həftə orada qaldı və Ermənistanın Baş naziri Vladivastoka səfər edərək orada ziddiyyətli, təxribatçı bəyanatlar verməyə çalışdı. Bunlarda məntiqi davam olaraq. Artıq sonda biz hazırda Nensi Pelosinin Ermənistana səfəri və 3 gün İrəvanda qalaraq qeyd etdiyimiz addımları atmasının şahidi olduq” - deyə politoloq vurğulayıb. O, qeyd edir ki, təkcə ABŞ-ın mövqeyi ilə məsələ həll olunmayacaq. Hər bir halda regionda sülhün əldə edilməsi istiqamətində Azərbaycan tərəfi məntiqi dolğun və eyni zamanda imzalanmış sənədlərə, əldə edilmiş razılaşmalara, səsləndirilmiş bəyanatlara uyğun olaraq addımlar atır. Bu addımların atılması ilə prosesi davam etdirir. Politoloq hesab edir ki, bu prosesin sonunda Azərbaycan sülh sazişinin imzalanmasına nail olacaq.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »