Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meqan Markl Kral Çarlzdan təkbətək görüş tələb edib
Meqan Markl Kral Çarlzdan təkbətək görüş tələb edib

Kral ailəsindəki bütün rəsmi vəzifələrini tərk edərək həyat yoldaşı ilə yeni həyata başlamaq üçün ABŞ-a köçən Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın Kral III Çarlzdan cəsarətli tələb etdiyi iddiası ən çox danışılanlardan birinə çevrilib.

Bizimyol.info xəbər verir ki, İngiltərənin "ən uzun müddət padşahlıq edən monarxı" olan Kraliça II Elizabet dünən möhtəşəm bir mərasimlə son mənzilə yola salındı. Dünyanın bir nömrəli gündəm mövzusuna çevrilən dəfn mərasimində gözlər bütün krallıq vəzifələrini tərk edərək ABŞ-da məskunlaşan Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın üzərində idi.

Dəfn mərasimindən əvvəl kral ailəsinə qarşı ittihamları ilə mübahisəli fiqura çevrilən Meqan Markl barədə şayiələr yayılıb. Bəziləri Kral Çarlzın dəfn mərasimində gəlinini istəmədiyini iddia edərkən, digərləri Meqanın paltarında dinləmə cihazının olduğunu bildirir.

Məlumata görə, dəfn mərasiminin başlaması ilə Meghan Markle bütün kral ailəsi üzvləri ilə birlikdə kilsədəki yerini alıb. Kraliçanın şəxsən ona hədiyyə etdiyi mirvari sırğaları taxan Markl zərifliyi ilə diqqət çəkib və dəfn mərasimində əri Şahzadə Harri ilə birlikdə ikinci sırada əyləşib. Bildirilir ki, kraliçanın tabutu daşınarkən Meqan Markl göz yaşlarını saxlaya bilməyib.

Bundan əlavə, kraliçanın ölümündən sonra həm Şahzadə Harri, həm də Meqan Markl soyuq küləklərin əsdiyi kral ailəsi ilə bağlı NBC News, MSNBC və Access Hollywood-da xəbərləri ilə diqqət çəkən müxbir Nil Şondan təəccüblü bir iddia gəlib.

Belə ki, o, Meghan Marklenin Kral Çarlzdan cəsarətli bir xahiş etdiyini açıqlayıb. Suseks hersoginyasının Kaliforniyaya qayıtmazdan əvvəl Kral Çarlzə şəxsi məktub göndərərək “təkb'tək” görüş tələb etdiyi bildirilir.

300 min baxış toplayan videosunda Şon “bəli, düz eşitdiniz, Kralla tək görüşmək istəyirdi. Bu Meghan üçün çox cəsarətli bir hərəkətdir",- deyə bildirib.

Kral ailəsinə qarşı ABŞ mətbuatına müsahibələr verən Meqan Marklın həmin dövrdə kraliçanın çətin günlər keçirməsinə səbəb olduğu məlumdur. Bu səbəbdən də Kral Çarlza göndərilən məktubun dəqiq məzmunu və ya məktubun kral ailəsi ilə münasibətləri yumşaltmaq üçün kifayət edib-etmədiyi hələlik qeyri-müəyyən olaraq qalır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »