Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sərhəddə ölənlərin sayı dəyişə bilər, itkin düşənlər var" - Köçəryan
"Sərhəddə ölənlərin sayı dəyişə bilər, itkin düşənlər var" - Köçəryan

“İtkin düşənlərin ümumi sayı açıqlanmır, çünki cəsədlərin bəziləri bizim nəzarətimiz altında olmayan ərazilərdədir.

Sərhəddə ölən hərbçilərinin sayı dəyişə bilər, çünki itkin düşənlər barədə məlumatlar var”.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan bu gün keçirdiyi brifinqdə bildirib.

"Bizim itkin düşən əsgərlərimiz var. Yalnız onların taleyi məlum olduqdan sonra bilinəcək ki, bizim nə qədər ölən və əsir düşən hərbiçimiz var",- deyə Köçəryan əlavə edib.

Bundan əlavə, sentyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, Ermənistan tərəfindən sərhəddə vəziyyətin gərginləşməsi zamanı, təsdiqlənmiş məlumatlara görə, 135 nəfər həlak olub. Çoxlu sayda isə yaralı var.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında Azərbaycan-Ermənistan arasında baş verən 44 günlük müharibədən düz 2 il sonra 2022-ci ilin sentyabr ayında sərhəddə gərginlik pik həddə çatıb. Buna səbəb isə Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi olub. Təbribat nəticəsində ordumuz 71 şəhid verib.

Ermənistan tərəfi isə yenə də öz yalanları ilə dünyanı öz oyunlarına qarışdırmaq istəyir. Ermənistanın iddialarına görə, Azərbaycan Silahlı Qüvvələri onların dövlət sərhədini pozub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »