Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağır məktəbli çantası hansı xəstəliklərə yol açır?
Ağır məktəbli çantası hansı xəstəliklərə yol açır?

Hər il məktəb açılan zaman gündəmə gələn ağır məktəb çantası mövzusu yenə də gündəmdədir. Məktəb şagirdlərinin çantalarının ağır olması, onları güclə daşıması, dərs yükünün ağır olduğu üçün məktəblilərin bu əziyyəti çəkməsi hamıya məlumdur. Mütəxəssislərin fikrincə, şagirdlərin kürəyində və çiyinlərində daşıdıqları çantaların ağırlığı birbaşa onurğanın sağlamlığına təsir edir. Çantaların uzun müddət istifadəsi fiziki pozğunluqlara səbəb olmaqla yanaşı, yana doğru əyrilik olan skoliozun meydana çıxmasına da səbəb olur.

“Bel ağrıları, məhz məktəbli dövründən meydana gəlir. Bu dövrdə meydana gələn bel ağrılarına əsas səbəb kimi çantanın ağırlığı göstərilir. Ağır çanta səbəbində meydana gələn bel ağrıları uşağın məktəb mühiti, fiziki və sosial mühitinə, sağlamlığına birbaşa təsir göstərir”.

Bu barədə Bizimyol.info xəbər portalına pediatr Günay Rəsul danışıb. Onun sözlərinə görə, araşdırmalarla müəyyən edilib ki, bel çantası insanın çəkisinin 10-15 faizini keçməməlidir.

Pediatr Günay Rəsulova Günay Rəsul

Həkim qeyd edib ki, bel çantasının artan çəkisi təkcə onurğanın sağlamlığını deyil, həm də bədəndəki bütün oynaqların sağlamlığını təhdid edir.

“Onurğanın sağlam inkişaf edə bilməsi üçün çanta yüngül olmalıdır. Ağır kürək çantası daşımaq da uşaqlarda duruş və tarazlığa da təsir göstərir. Uşaqlıq və yeniyetməlik dövründə bel ağrısı uşaqların 66 faizində müşahidə edilir”,- deyən həkim gündə 1 saatdan artıq çanta daşımağı tövsiyə etmir. Onun sözlərinə görə uşaqlarda çəkisinin 15 faizdinən ağır olan kürək çantalarının uzun müddət istifadə edilməsi kifoz, skolioz, müxtəlif bel və kürək ağrıları, çiyin sıxılma sindromu kimi dayaq-hərəkət sistemi problemlərinə səbəb ola bilər.

Həkim qeyd edir ki, çantanın çəkisini 2 kiloqram azaltmaq belə bu problemlərin qarşısını ala bilər.

“Xüsusilə, çantaların bir tərəfli istifadəsi də çiyin nahiyəsində sinir sıxılmalarına və skolioza səbəb olur”,- deyən həkim bildirib ki, uşaqlarda bel ağrıları yaşa, cinsə və fəaliyyət səviyyəsinə görə dəyişir.

Həkim qeyd edir ki, bel əyriliyi problemi daha çox oğlan tələbələrdə daha çox müşahidə olunur.

“Çantanı bir çiyində, arxada və ya əldə daşımaq əvəzinə təkərli çantalara üstünlük vermək lazımdır. Çantanı sinənizdən asmayın. Bu yolla arxa əzələlər güclənir və sinədə çuxur yaranır. Çantaların qayış uzunluğu da çox vacibdir. Kəmər uzunluqları elə tənzimlənməlidir ki, daşınma zamanı hər iki çiyin bərabər yüklənsin”,- deyə həkim əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »