Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı qadın qızını ukraynalı oğlanla görüşdüyünə görə asmağa çalışıb
Rusiyalı qadın qızını ukraynalı oğlanla görüşdüyünə görə asmağa çalışıb

Rusiyada müharibədəki məğlubiyyət ovqatını böyük ağrı ilə qarşılayırlar. İmperiya sözün əsl mənasında sarsılmağa başlayıb. Bunu təkcə Kreml rəhbərliyinin indiki ritorikası demir. Rusiyada müharibə tərəfdarları böyük uğur gözləyirdi. Əvəzində darmadağın olunmuş ordu gözə dəyir. Kremlə gerçəkdən inanan kütlə qəzəbli təsir bağışlayır.

Bizimyol.info xəbər verir ki, Rusiyada qadın qızını ukraynalı oğlanla görüşdüyünə görə asmağa çalışıb. Hadisə Vladimir vilayətində baş verib. Qadın qızının özünü asmasını istəyib. Sosial mediada bununla bağlı video paylaşılıb. Hiss olunur ki, videonu qadın özü çəkir. O, qızının özünü asmaq üçün kəndiri hazırlamasını istəyir. Görünür, məqsəd prosesi intihar kimi təqdim etmək olub.

Qız ağlayır, anasından təzyiqi dayandırmağı xahiş edir. Qadın “əsəblərimlə oynama, tez ol” əmrini ver. Qız çox müqavimət göstərsə də, bir məqamdan sonra kəndiri hazırlamağa başlayır. Hadisənin necə bitdiyi məlum olmur.

Qadının danışdıqları bir çox şeyə aydınlıq gətirir. Qızın adı Annadır, o, ukraynalı oğlanla görüşür. İqor rusiyalı ananın qəzəbləndiyini bilir. Buna görə də qadından Annaya toxunmamağı xahiş edib. Amma qadın heç cür sakitləşmir. O, qızını özünü asmağa məcbur edəndə Ukraynanın əleyhinə sərt ifadələr işlədir. Rusiyalı ana qızının beynini yuduqlarını deyir.

Hadisə sosial mediada geniş müzakirəyə səbəb olub. Ukraynada ananın davranışı faşizm nümunəsi kimi qəbul edilib. Bir çox sosial şəbəkə istifadəçiləri yazıb ki, Kremlin rəsmi təbliğatı öz işini görüb, orada ukraynalıların düşmən obrazı formalaşdırılıb.

Rusiya ordusu Ukraynaya hücum edəndə Moskva bunu millətçilərin təmizlənməsi əməliyyatı kimi təqdim etmişdi. Rusiyada belə təbliğat istiqamətinə inanan az deyil. Videodan görünür ki, ana da deyilənlərə inanır, qızının ukraynalı oğlanı sevməsini böyük qəbahət sayır. Rusiyada cəmiyyətin həqiqəti tam anlamaması bölgə üçün böyük faciəyə səbəb olur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »